Təsəvvür edin ki, bütün gününüzü gözəl geyimdə, xoş insanların əhatəsində, möhtəşəm məkanda, lakin narahat ayaqqabıda keçirməli oldunuz. Bu günün sonunda özünüzü necə hiss edərsiniz? Əlbəttə ki, əzgin, yorğun, bəlkə də əsəbi. Günün bütün digər xoş məqamları unudulacaq, təkcə arzunuz bu ayaqqabıları soyunub, rahat bir tərlik geyinmək olacaq.
Belə anda ayaqqabının bizim əhvalımızın, gülüşümüzün, sevincimizin nə dərəcədə önəmli hissəsi olduğunu anlayırıq. Hətta işimizin keyfiyyətinə belə bu rahatlığın təsiri var!
Lakin bəzən həm kişi, həm qadınlar rahat ayaqqabının dəbdən uzaq və zövqlü olmadığını düşünürlər. Bu fikrin səhv olduğunu “Lloyd” təsdiq edir!
“Lloyd” – Almaniya brendidir və 130 ildən artıq müddətdir ki, yüksək keyfiyyətli ayaqqabılar yaradır. Bu keyfiyyətin sirri nəsillər boyu atadan oğula ötürülən sənət incəlikləridir. Mükəmməl və qüsursuz keyfiyyətinə görə, həmçinin istehsalatda həm əl işi, həm yüksək texnologiyaların istifadəsi sayəsində, brend “Shoe Oscar” mükafatına layiq görülüb. Bu da ki, ayaqqabı sənayesində ən yüksək mükafatdır. Bu gün brend artıq 40-dan artıq ölkədə satılır və layiqincə dünyada aparıcı markalardan biri sayılır. “Lloyd” sizin hər bir obrazınıza uyğun ayaqqabı yaradır – gündəlik həyat, ziyafət və ya istirahət üçün: onların arasında həm klassik ayaqqabılar, həm loferlər, həm oksfordlar, təbii xəzli qış modelləri, snikerslər və hətta qeyri-adi dizayner modelləri var. Brend ayaqqabıları təbii dana dərisindən hazırlayır və onları pambıq və ya yundan, hava dövranını təmin edən astarlarla təmin edir. Nəticədə, bənzərsiz və rahat ayaqqabılar əldə olunur.
Brendin son kolleksiyası ilə Neftçilər pr-ti, 151, “Port Baku Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində tanış ola bilərsiniz.
Əlaqə nömrəsi: +99 450 2451511