PMD Group şirkətinin uğurlu və etibarlı layihələrdən biri olan “Vurğun Residence” yaşayış kompleksi yeni ildə öz facebook istifadəçilərinə Maldiv adalarına səyahət əldə etmək fürsətini qazandırdı. Beləki 15 Dekabr 2017-ci ildə start verilmiş müsabiqə çərçivəsində “Vurğun Residence” yaşayış kompleksi 2 nəfər olmaqla Maldiv adalarında 5 gün müddətinə (Bilet, transfer, sığorta,yemek daxil) hədiyyə sertifikatını təqdim etdi.
Təsadüfi yolla seçilməklə müsabiqənin qalibi Bakı şəhər sakini Alsu Fəxrəddinovna 01.01.2018-ci il tarixində sistem vasitəsi ilə təyin edilərək “ Maldivə Pulsuz Səhayət fürsəti” müsabiqəsinin qalibi elan olundu. Səyahət sertifikatı və digər hədiyyələr “Vurğun Residence” yaşayış kompleksinin direktoru İlham Allahverdiyev tərəfindən müsabiqənin qalibinə təqdim olundu.
“Onuda deyək ki, bəxti gətirməyənlər həvəsdən düşməməlidir, çünki “Vurğun Residence”-dən hədiyyə müsabiqələri hələ davam etməkdədir. Kampaniyanın populyarlığını nəzərə alaraq öz istifadəçilərimizə qazandırmaq üçün daha yaxşı müsabiqələrimiz qabaqdadır” - deyə İlham Allahverdiyev öz sözünü bitirmişdir.
“Vurğun Residence” yaşayış kompleksi gələcəkdədə yüksək keyfiyyətli xidmət və standartları ilə yanaşı öz istifadəçilərinə çoxlu hədiyyələr vəd edir!