Masazırda "Masazır Univermaq" fəaliyyətə başlayıb. Bura ölkənin qeyri-ərzaq məhsullarının satışını həyata keçirən ən böyük univermaqlarından biridir. Ərazisi 3000 kvadratmetrdən çoxdur. Alıcılara təsərrüfat və xırdavat malları, təmizlik və gigiyena, dəftərxana ləvazimatları, maşın və telefon aksesuarları, elektronika, qab-qacaq, suvenir, oyuncaq, tekstil, geyim, bijüteriya, parfümeriya, zoomağaza, idman malları, çanta - ümumilikdə 17 şöbədə 22 000-dən çox çeşid təklif olunur. Bir sözlə, "axtardığın nə varsa, bizdə var" sloqanı reallıqdır. Burada məhsullar təkcə keyfiyyəti ilə deyil, həm də münasib qiymətləri ilə fərqlənir. Rahat alış-verişinizi təmin etmək məqsədilə "Masazır Univermaq"da uşaq guşəsi də fəaliyyət göstərir. Eyni zamanda müştəri məmnuniyyətini təmin etmək məqsədilə burada "Coffee shop" və qida köşkü də yaradılıb. "Masazır univermaq" Əliağa Vahid küçəsi, 212, "Yeni Masazır" Yaşayış Kompleksinin birinci mərtəbəsində yerləşir.
Əlaqə nömrəsi: (055) 655-35-25.
Qeyd edək ki, "Masazır Univermaq"ın açılış mərasimi keçirilib. Minlərlə vətəndaşın qatıldığı tədbirdə rəsmi şəxslər də iştirak ediblər.
"Biz yalnız məhsulların keyfiyyətinə və çeşid bolluğuna yox, həm də münasib qiymətlərə, yüksək keyfiyyət və xidmət səviyyəsinə önəm veririk. Hədəfimiz həm də müştəri məmnuniyyətidir. Əminik ki, "Masazır Univermaq" təkcə alış-veriş mərkəzi deyil, həm də bölgənin sosial həyatına kiçik də olsa, töhfə verəcək bir müəssisə olacaq, yeni iş yerləri yaranacaq. İlkin dövrdə müəssisəmizdə 40-a yaxın yeni iş yeri açılıb və fəaliyyətimiz genişləndikcə onların sayının artırılması gözlənilir. Eyni zamanda biz yerli sahibkarlığı da dəstəkləmək niyyətindəyik. Əslində sahibkar olaraq bütün nailiyyətlərimizin təməlində ölkə başçısının uğurlu siyasəti dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar sayəsində sahibkarlar üçün geniş imkanlar açılıb, yeni təşəbbüslərin reallaşdırılması üçün münbit zəmin formalaşıb. Sahibkar olaraq bu dəstəyə arxalanaraq, daha böyük hədəflərə doğru irəliləyirik. Biz "Masazır Univermaq"la kifayətlənmək fikrində deyilik. Bu layihə bizim üçün bir başlanğıcdır. Gələcəkdə bu konsepti digər bölgələrdə də tətbiq etməyi planlaşdırırıq", - deyə "Masazır Univermaq" və "Mayak karqo"nun rəhbəri Saleh Ağayev vurğulayıb.
Daha sonra tədbir məşhur müğənnilərin və DJ-in iştirakı ilə möhtəşəm konsert proqramı ilə davam edib. Müxtəlif personajların çıxışı xüsusi ilə azyaşlı iştirakçıların böyük marağına səbəb olub.