Bu gündən etibarən https://www.massimodutti.com/az/ saytı, həmçinin “App Store” və “Google Play”dən yükləyə biləcəyiniz “Massimo Dutti” mobil tətbiqi vasitəsilə onlayn alış-veriş etmək mümkün olacaq.
Premium brendin daim yenilənən kişi və qadın kolleksiyalarının əks olunduğu tam onlayn kataloq azərbaycanlı istifadəçilərin ixtiyarına verilir. Siz artıq onlayn alış-verişə qoşula və ilk onlayn şoppinq edənlərdən biri ola, həmçinin “Massimo Dutti” brendinin yeni məhsulları, xidmətləri və digər təklifləri haqqında məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycanda onlayn satışa start verilməsi daimi müştərilərinə yeni alış-veriş təcrübəsi, həmçinin hazırda Azərbaycan mağazalarında olmayan modellər də daxil olmaqla brendin tam kataloquna çıxış əldə etmək imkanı təklif edən “Massimo Dutti” brendinin qlobal strategiyasının bir parçasıdır.
“Inditex” qrupuna daxil olan brend öz müştərilərinə təbii zərif siluetləri və şəhər üslubunu özündə birləşdirən qadın və kişi geyimləri, həmçinin ayaqqabı və aksesuar kolleksiyaları təklif edir.
Yüksək keyfiyyətli materiallardan hazırlanmış bu geyimlər rahatlığı ilə seçilir. Hər bir kolleksiya müstəqil, güclü, müasir qadınlar və kişilər üçün mükəmməl seçimə çevrilir.
“Massimo Dutti” brendinin əsas prinsipləri keyfiyyət, eksklüzivlik və fərdi yanaşmadır, brendin fəlsəfəsi isə klassik üslubun aktuallığını qorumaqdır.
“Massimo Dutti” Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərir və hazırda ölkəmizdə 3 mağaza ilə təmsil olunur.
:640.jpg)