Milli kiberidman tarixində ilk dəfə olaraq bir azərbaycanlı klub “Apex Legends” üzrə Dünya Çempionatında – “ALSG Global Series 21/22”də iştirak edəcək.
Belə ki, “GMT Esports” oyunçuları regional təsnifatda 92 xal qazanıb, 4-cü yeri tutaraq “Apex Legends Global Series Split 2”
(https://liquipedia.net/apexlegends/Apex_Legends_Global_Series/2022/Split_2/Playoffs) adlı nüfuzlu turnirin pley-off mərhələsinə birbaşa vəsiqə qazanıblar.
“Bu, bütün Azərbaycanın kiberidman ictimaiyyəti üçün yüksək nailiyyətdir. Əvvəllər bölgəmiz əsasən mobil intizamlar, məsələn, “PUBG Mobile» üzrə istedadlarla seçilirdi. İndi isə vəziyyət dəyişdi və biz beynəlxalq arenada başqa janrda – “battle royale” ilə çıxış edəcəyik. Mən bunu, ilk növbədə, yerli kiberidman üçün böyük nailiyyət hesab edirəm. Təşkilatımız insanların Azərbaycan haqqında ölkəmizin hüdudlarından kənarda danışmaları üçün çox səy göstərir və belə bir turnirdə iştirak kiberidmanın populyarlaşdırılması mexanizmlərindən biridir”, - deyə “GMT Esports”un baş direktoru Oktay Qasımzadə bildirib.
“ALSG Global Series Split 2” aprelin 29-dan mayın 1-dək Stokholmda keçiriləcək. Burada dünyanın hər yerindən 40 iştirakçı komanda $1.000.000 dollar və 500 müntəzəm mövsüm xalları üçün mübarizə aparacaq.
“GMT Esports”un “Apex Legends” üzrə cari heyəti:
Casper Gnaske Præstensgaard (Kasper Prestensqard)
Matthew SirDel Biggins (Metyu SirDel Biggins)
Maksym Max-Strafe Stadniuk (Maksim Standyuk)