15 apreldə Şərq Bazarında sahibkarlığa dəstək məqsədilə forum həyata keçirilib. Forum texnologiya, təhsil, turizm, qida, marketinq, hüquq, dəb, estetika və bir çox digər sahələri əhatə edib.
“Nabat Talks Biznes Forumu”nda 60-a yaxın biznes öz məhsul və xidmətlərini sərgilədi. Eləcə də biznesdə çətinliklərin öhdəsindən gəlməyə kömək edən 12 təcrübəli sahibkarın çıxışları keçirilib.
Forumda Vahid Mürsəliyev – “Azercell Telecom”un keçmiş prezidenti, Ceyhun Əli - iş adamı, teleaparıcı, spiker; Afət Əhmədova - ZIRA Natural & Gourmet-in təsisçisi və direktoru, Seymur Məmmədov – “Simbrella Bakı” şirkətinin direktoru, Namiq Kazımov – “Agrarco” şirkətinin İdarə Heyətinin üzvü, Şahin Qədimli – “Falcon Consulting Group” şirkətinin direktoru, Zeynal Kərimzadə - “Global Innovations” şirkətinin direktoru, Camal Xasayev – “Frazex” şirkətinin təsisçisi və baş direktoru, Ruslan Muxtarov – “SME Law” şirkətinin direktoru, Leyla Cəfərli – biznes təlimçi, Hacıağa Hacı – sahibkar və texnoloji investor və İnarə Mirzəzadə - “Alpha-Omega” şirkətinin direktoru öz uğur hekayələrini danışdılar. Panel iclaslarında “Ənənəvi biznes proseslərin yeni dizaynı”, “Müasir rəqəmsal xidmətlər”, “Yenilik və inkişaf üçün mədəniyyət və yaradıcılıq” mövzularında müzakirələr aparılıb.
Forumun aparıcısı – məşhur teleaparıcı Hüsniyyə Məhərrəmova olub.
Gün ərzində Forum iştirakçıları və ziyarətçilərinə DEVELOR beynəlxalq konsaltinq şirkəti tərəfindən ödənişsiz təlimlər keçirildi və bu, qonaqlarda böyük maraq doğurmuşdur. İştirakçılar təlimlərin səmərəliliyini və informativliyini qeyd etmiş, təlimlərin sonunda sertifikatlarla mükafatlandırılmışlar.
Forumun təşkilatçısı “Alpha-Omega”dır: www.alpha-omega.az
“Alpha-Omega” bir sıra irimiqyaslı korporativ tədbirlərin təşkilatçısı və sahibkarların yeni faydalı biznes əlaqələri qura biləcəyi “Nabat Talks networking” platformasının yaradıcısıdır. İllərdir ki, fəaliyyət göstərən “Nabat Talks networking” minlərlə sahibkarı birləşdirib, onlara öz bizneslərini tanıtmaq, digər sahibkarlarla məhsuldar əlaqələr qurmaq imkanı yaradıb.
Günün sonunda lotereya oynanıldı və lotereyada iştirak edən ziyarətçilər müxtəlif hədiyyələr qazandılar. Ziyarətçilərdən biri Pasha Travel-dən Monteneqroya bilet qazandı.
“Nabat Talks Biznes Forumu”nun texnoloji tərəfdaşı bütün dünyada fərdi kompüterlər, monitorlar, mobil qurğular, biznes üçün infrastruktur həlləri, proqram təminatı, xidmətlər və digər xidmətlər üzrə dünyanın aparıcı istehsalçısı Lenovo şirkəti idi.
Tədbirin sponsoru MDB məkanında onlayn təhsil bazarında lider olan Skillbox şirkətidir. Platforma İT və Rəqəmsal sahədə ən çox tələb olunan peşələr üçün 450-dən çox kurs təqdim edir. Təlimdən əlavə Skillbox məşğulluğa köməklik göstərir.
Tədbirin digər sponsoru turizm sahəsində lider olan Pasha Travel şirkətidir. Ekzotik məkanlardan mədəni təcrübələrə və dəbdəbəli istirahətə qədər Pasha Travel unikal maraqlarınıza və seçimlərinizə cavab verən geniş səyahət variantları təklif edir.
Forumun informasiya dəstəyi Azərbaycanın iqtisadi, sosial, siyasi, bank işi, fond, sığorta, sənaye və digər sahələrdə aparıcı saytlarından biri olan İqtisadiyyat.az saytıdır.
Forumun tərəfdaşlarından biri KOBİA sahibkarlara və kiçik bizneslərə uğur qazanmağa kömək etmək üçün nəzərdə tutulmuş geniş çeşidli xidmətlər və resurslar təklif edən biznesin inkişafı mərkəzidir.
Foruma dəstək göstərən digər qurum ASK-dir. ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, özündə 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya və ittifaqı birləşdirir.
Forum uğurla həyata keçirilib. Həm ziyarətçilər, həm də iştirakçılar xoş təəssüratlarla forumdan ayrılıblar.
“Alpha-Omega” komandası isə artıq növbəti “Nabat Talks Biznes Forumu”na hazırlaşır. Əgər siz də bu kimi imkanlardan yararlanmaq istəyirsinizsə, aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz 051 758 51 33