19 ildir uğurla fəaliyyət göstərən “Neptun” Supermarketlər Şəbəkəsi bu dəfə daha fərqli, innovativ və fantastik kampaniya ilə fərqlənməyi bacarıb. Belə ki, “Neptun” Supermarketlər Şəbəkəsi sizə 2 dəqiqəlik pulsuz alış-veriş şansı qazandıracaq! Bəli, düz oxudunuz, kampaniyaya düşən hər kəs 2 dəqiqə ərzində marketdən nə mümkündürsə götürə biləcək.
Kampaniyamızın şərtləri:
25 oktyabr-28 noyabr tarixlərində “Neptun bonus kart”la bir dəfəyə 50 AZN üzəri alış-veriş et və kampaniyada iştirak hüququ qazan. Daha çox alış-veriş, sizə daha çox şans qazandıracaq.
Hər həftənin çərşənbə axşamı bir dəfəyə 50 AZN üzəri alış-veriş edən müştərilər siyahıya alınacaq və 10 şanslı qalib “Neptun” Supermarketin rəsmi “Instagram” hesabında canlı yayımda təsadüfi seçim yolu ilə təyin olunacaq.
Qalib olun, “Neptun” Supermarketdən cümə günü 2 dəqiqə ərzində tam pulsuz alış-veriş edin!
Məlumat üçün qeyd edək ki, qaliblər həftəlik seçiləcək.
Xüsusi qeyd: Spirtli içkilər və tütün məhsulları bu kampaniyaya aid deyil. Hər məhsuldan bir ədəd və ya 1 kq götürülə bilər. Ən əsası, bu 2 dəqiqə ərzində sizə səbət (market arabası) verilməyəcəkdir.
Bu fürsəti qaçırmayın.
Daha ətraflı məlumatı 162 qaynar xəttindən və ya neptun.az saytından əldə edə bilərsiniz.
“Neptun” supermarket-19 il sizinlə