Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Bu məqsədlə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Bundan başqa, Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.
Belə bir məqamda ən ağır yük və məsuliyyət Bakıda və regionlarda fəaliyyət göstərən supermarketlərin üzərinə düşür. İndiki şəraitdə supermarketlər tərəfindən dünya təcrübəsinin tətbiqi, müasir, innovativ alətlərdən istifadə, fasiləsiz iş rejiminin qurulması və bütövlükdə əhalinin təlabatının tam ödənilməsi əsas meyarlardan biridir.
Əhalinin ən çox axın etdiyi supermarketlərdən biri olan “Neptun Supermarketlər Şəbəkəsi”nin rəsmisi məlum durum səbəbindən dünyada və ölkədə baş verən proseslər fonunda supermarketin hazırlıq vəziyyətinə aydınlıq gətirdi:
“Marketdə məhsul çatışmazlığı ilə bağlı heç bir problem yoxdur. Gündəlik olaraq tədarükçü firmalara sifariş ilə bağlı məlumat verilir, məhsul qəbul olunur və satış həyata keçirilir. Həmçinin, yarana biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün bütün qabaqlayıcı, gigiyenik tədbirlər də görülür. Müştərilərin rahatlığını təmin etmək üçün isə uzun müddətdir fəaliyyət göstərən onlineneptun.az saytı daha da operativ formada işləyir. Belə ki, müştərilər istənilən məhsulu sayta daxil olaraq və ya 162 qaynar xəttinə zəng edərək sifariş verə bilər. Supermarketlər arasında yeganə alış-veriş saytı olan onlineneptun.az saytında marketdə aktiv olan bütün endirimlər və kampaniyalar keçərlidir”.
Məlumat üçün qeyd edək ki, ölkədəki supermarketlər arasında yeganə onlayn alış-veriş saytı olan onlineneptun.az saytı üç ildir fəaliyyət göstərir. Bütövlükdə, 25 000-dən artıq müxtəlif növ çeşidli məhsullar onlineneptun.az proqramına inteqrasiya olunub və bütün kampaniyalar, aksiyalar, endirimlər, ən əsası qiymətlər onlayn sifariş zamanı eynidir və keçərlidir.
