Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Nine Senses" Bakıda yeni filialını açır
"Sea Breeze"də uğurlu fəaliyyətindən sonra "Nine Senses" sərhədlərini genişləndirir: 20 mart tarixində yeni şəhər filialı Neftçilər prospekti, 99A, "JW Marriott Absheron" binasında açılır.
Sənətdən daha artıq
"Nine Senses" sənət və düşüncənin birləşdiyi, fərqli duyğuların oyandığı bir məkandır. Burada rəsm, musiqi, hərəkət və meditasiya sintez yaradaraq yeni təcrübələr təqdim edir. Yeni filial fərqli istiqamətlər ilə fərqli yanaşma təqdim edir:
Gyrokinesis və somatik gimnastika, MayChay-dan Çay Mərasimləri, handpan (Hang Drum) dərsləri, sənət mühazirələri və intellektual lektoriy, film klubu, art terapiya, terrasda yoqa, müasir incəsənət sərgiləri. Sağlam qidalanmanı sevənlər üçün Vida Cafe təzə və sağlam qəlyanaltılar təqdim edəcək.
Açılış proqramı
Qonaqları sənət, musiqi və harmoniya dolu bir axşam gözləyir:
-
Captured Moment - gənc rəssam Şərqiyyə Rəhmanlının sərgisi.
-
EtnoSphere qrupunun canlı musiqisi.
-
MayChay-dan Çay Mərasimi.
"Nine Senses" x "Barza Collection" Əməkdaşlığı
"Nine Senses"in yeni şəhər filialının açılışı "Barza Collection" ilə əməkdaşlığın başlanğıcıdır. Müasir incəsənətin inkişafına yönəlmiş bu layihə çərçivəsində Donmuş An ilk birgə sərgi kimi təqdim olunur. Burada eksperimental sənət praktikalari və yeni vizual qavrama formaları bir araya gəlir.
"CAPTURED MOMENT" (Donmuş An) sərgisi haqqında
Şərqiyyə Rəhmanlının əsərləri rəng və toxuma ilə dondurulmuş anları əks etdirir. Onlar müəyyən hadisələri deyil, duyğuları, ritmi və zamanın axışını hiss etdirir.
Sərgi 30 aprel 2025-ci ilə qədər davam edəcək.
Bizimlə əlaqə saxlayın:
+994 55 999 00 19
Nəzrin İsmayılzadə