15 fevralda “OMİD” MMC növbəti mağazasını “Abşeron” Tikinti Materialları Mərkəzində istifadəyə verdi.
Mağazamızda boya, yapışdırıcı, plastik boru və fitinqlər, gips, alçı, o cümlədən məşhur markalara məxsus istilik sistemləri, divar kağızları, çilçıraqlar, müxtəlif növdə elektrik, məişət malları, ev aksesuarları, ən müasir usta alətləri və s. məhsulları münasib qiymətə əldə edə bilərsiniz. Məhsulları həm nağd, həm də hissə-hissə ödənişlə almaq mümkündür.
“Abşeron” TMM-in açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Burada sahibkarların və alıcıların rahatlığı üçün müasir standartlara cavab verən hər cür şərait yaradılır. “Abşeron” Tikinti Materialları Mərkəzi “Sədərək” ticarət mərkəzinin arxasında, Lökbatan yolu üzərində yerləşir.