Çinin ən nəhəng avtomobil konserni olan “SAIC Motor”, “Alibaba Group” və “Zhangjiang Hi-Tech” ilə birgə istehsal etdiyi “IM Motors” elektrik avtomobilləri markasının Azərbaycanda rəsmi idxalçısı olan “ONVOLT” MMC, brendə aid olan yeni 3-cü modelini - IM LS6-nı təqdim edəcək.
Bu barədə “ONVOLT” şirkətinin marketinq meneceri Məmməd İsmayılov məlumat verib. Bildirilib ki cari ilin yayında təqdim olunan IM LS7-dən fərqli olaraq, bu model daha kompakt ölçülərə malik lüks SUV kupe seqmentinə aiddir.
:640.jpg)
“IM LS6” bu ilin avqust ayında Çin avtomobil sərgisində təqdim olunub. 4904x1988x1669 ölçülərə malik bu elektrik krossover təchizatdan asılı olaraq 309-dan - 776-dək at gücünə və 560 - 760 km-dək məsafəni qət etmək imkanlarına malikdir. Avtomobillərə 4 il və ya 100 000 km batareyalarına isə 8 il və ya 200 000 km zəmanət verilir.
:640.jpg)
Qeyd edək ki, peşəkar avtomobil satışı və texniki xidmət göstərilməsi təcrübəsinə malik olan şirkətin komandası “ONVOLT” MMC-ni həmdə “Skywell” elektrik avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.
Ətraflı məlumat üçün +994 99 440 0007 əlaqə saxlayıb və ya Ceyhun Hacibəyli 194 (“Skywell” satış mərkəzi) ünvanına yaxınlaşa bilərsiniz.