Azərbaycanda ödəniş təcrübəsini yeni mərhələyə daşıyan "PalmPay" "Araz" supermarketlər şəbəkəsinin beş filialında müştərilərin istifadəsinə təqdim olunub. Yeni məntəqələrin əlavə edilməsi ilə daha çox istifadəçi ovuc ilə ödəniş üsulunu alış-veriş zamanı sınaya biləcək.
"PalmPay"in istifadəyə verildiyi yeni ünvanlar aşağıdakılardır:
- Araz 20 yanvar - 1: Nəsimi rayonu, Tbilisi prospekti 2;
- Araz Günəşli - 3: Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küç. 56D;
- Spar 3-cü mkr: Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mikrorayon, 3005-ci məhəllə;
- Araz Xətai - 8: Xətai rayonu, 8 noyabr ev.15, məhəllə 1212, mərtəbə 1, Azure Plaza;
- Araz Qutqaşınlı - 2: Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi.
Qeydiyyatdan keçmək üçün müştəri qeyd olunan ünvanlardakı "PalmPay" stendinə yaxınlaşaraq ovuc biometrikasını sistemə tanıtmalıdır. Daha sonra kassada sadəcə əlini cihaza yaxınlaşdırmaqla ödənişi saniyələr ərzində həyata keçirə bilər.
Ölkədə ilk dəfə "MPAY" tərəfindən təqdim olunan "PalmPay" texnologiyası ödəniş prosesini daha sürətli, rahat və təmassız etməklə yanaşı, gündəlik alış-veriş təcrübəsinə innovativ yanaşma gətirir.
"PalmPay"in əhatə dairəsi mərhələli şəkildə genişləndirilməyə davam edir. Növbəti addımlarda bu texnologiyanın digər xidmət nöqtələrində də istifadəyə verilməsi planlaşdırılır. Bununla da daha çox istifadəçinin ovuc ilə ödəniş imkanından yararlanması təmin ediləcək.