“PMD Hospitality” hotellər şəbəkəsində yüksək keyfiyyətli xidmət hər zaman bir nömrəli prioritet olub. Biz hər zaman qonaqlarımıza rahatlıq və yüksək keyfiyyət təklif etməklə yanaşı, həmçinin onlar üçün göstərilən xidmətin səviyyəsini daha da artırmağa çalışırıq.
Bu məqsədlə Azərbaycanda turizm və hotelçilik sektorunun inkişafını nəzərə alaraq, “PMD Hospitality” hazırkı və gələcək bazar tendensiyalarına cavab verən qənaətbəxş peşəkar kadrların yetişdirilməsinə dəstək olmaq məqsədilə, hotelçilik sahəsində istedad və bacarıqları inkişaf etdirmək imkanı verən “PMD Hospitality” Akademiyasını yaratdı.
Akademiyamız bütün tanınmış, müasir beynəlxalq təhsil materiallarından və dünya miqyasında təsdiqlənmiş sənaye sertifikasiya ilə , praktiki təlim proqramlarını hazırlayıb təklif edir və hotelçilik sektorunda çalışıb, peşəkar bacarıqlarını təkmilləşdirmək arzusunda olan hər kəs üçün təhsil imkanlarını yaradır.
Biz inanırıq ki, “PMD Hospitality” Akademiyası hər istəkli insanda xidmət istedadını aşkarlayacaq və Azərbaycanda hotelçilik və turizm sektorunu yeni səviyyəyə yüksəldəcək.
“PMD Hospitality” Akademiyası “Badamdar Estates” - də yerləşir.
Əlaqə və əlavə məlumat üçün: