Şübhəsiz ki, son dövrlərdə maliyyə bazarları ilə bağlı qeyri-sabitlik və təhlükədən bəhs edən məqalə başlıqlarını qəzetlərdə və ya xəbər saytlarında görürsünüz. Ümumi dünya statistikasına nəzər salsaq görərik ki, fond bazarı və əsas valyutalar çöküş mərhələsini yaşayır, mərkəzi banklar inflyasiya üzərində uzun müddətdir əldə etdiyi nəzarəti itirir. Bununla da əksər dövlətlər öz xərclərini və borclarını stabil saxlaya bilmir.
Əlbəttə ki, vurğulamaq lazımdır ki, investorlar üçün makro mühit qəddardır. Belə ki, kapitalı nağd puldan kənarda saxlamaq üçün çox az sayda yer imkanı var. Hətta qızıl da indiki zamanda “təhlükəsiz sığınacaq” rolunu oynaya bilmir. Lakin PrimeXBT-də təklif olunan güclü ticarət platformasına etibar edən treyderlər (Treyder öz təşəbbüsü ilə hərəkət edən və ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacirlər) bu tarixi dəyişkənlikdən istifadə edərək əhəmiyyətli dərəcədə sərvət qazanırlar.
Maliyyədə buğa və ayı bazarları ifadələri və onlar haqqında məlumat
Əvvəla bu ifadələrlə bağlı qeyd edək ki, “buğa bazarı” və “ayı bazarı” maliyyə terminləridir. “Ayı bazarı” - ümumiyyətlə məhsullara olan tələbin, ticari fəaliyyətləri, ticarətin və nəhayət, məşğulluğun azalacağı çətin dövrün yaxınlaşması ilə bağlı xəbərdarlığı ifadə edir. “Buğa bazarı” isə tam əksinə - bu, səhm dəyərinin yüksəlməsi və nikbinlik dövrüdür.
“Buğa bazarı” dövrünü yaşayan hər kəs dahi olduqlarını düşünürlər və zənginləşmək üçün əsl zaman olduğunu iddia edirlər. “Ayı bazarı”nda olanlar isə sərvət yaratmaq üçün fürsət olduğunu bildirirlər və “döyüşdən” yalnız cəsarəti olanların “sağ çıxacağını” söyləyirlər. Kotirovkalar göstərir ki, bazarda yüksəliş dövrü olduğu zaman pul qazanmaq asandır, lakin “ayı bazarı” dövründə də düzgün platformalarla inanılmaz sərvət əldə etmək olar.
Artış və eniş trendləri üçün fərqli strategiyalar
Bazarlar yüksəliş dövründə olduqda, sadəcə olaraq doğru aktivlərdə stabilliyi uzun müddətə qorumaq hər kəs üçün ən doğru strategiyadır. Vorren Baffett (Amerikalı sahibkar, dünyanın ən böyük və ən tanınmış investorlarından biri. Sərvəti 2018-ci ilin sentyabrında 108,4 milyard dollar 12 fevral 2019-cu ildə isə 84,9 milyard dollar qiymətləndirilərək onu dünyanın dördüncü ən varlı adamı edib) kimi əfsanəvi investorlar bazarlara məhz belə yanaşırdılar. Baffett deyirdi ki, investorların çoxu onun üslubunu bəyənir, çünki “heç kim yavaş-yavaş varlanmağı sevmir”.
Lakin “ayı bazarı” dövrü uzunmüddətli olduqda investor üçün fəlakət ola bilər. Gəlin “Facebook” kimi tanınan META-da son enişi nəzərdən keçirək. “Metaverse” üzərində oynanılan mərc oyunları səbəbiylə META səhmləri 14 ayda 76% ucuzlaşaraq 2015-ci ilin qiymətlərinə qayıtdı. Hazırda Bitcoin və digər kriptovalyutalar nisbətən ucuzlaşıb. İnvestorlar bu ərəfədə maliyyə cəhətdən kiçik zərbələr alsalar da, treyderlər isə əhəmiyyətli qazanc əldə etdilər.
Maliyyə qeyri-sabitliyi zamanı kapitalın sabit saxlanılması
İnvestorlar ala və sata bilərlər. Bazarlardakı vəziyyət enişə doğru çevrildikdə, onlar əllərində olanları nağd pula, stabilkoinlərə, qiymətli kağızlara dəyişə və ya sata bilərlər. Son maliyyə qeyri-sabitliyi zamanı bir neçə qiymət valyutası (Başqa heç bir əmtəə olmayan valyutalar qiymət valyutası kimi tanınır. Avro, funt, yen və digər əsas valyutaların hamısı qiymət valyutalarıdır) öz təhlükəsizliyini qorudu. Dollardan başqa bir çox pul vahidləri çöküşə məruz qaldı. Bu zaman dollar pul bazarında avro, ingilis funtu və yapon yenini çökdürdü.
Vurğulayaq ki, pul qazanmağın çox az yolu var və kapitalı qorumağın yeganə yolu nağd pulu seçməkdir. Amma nağd pulu seçmək də o deməkdir ki, heç bir yerdən qazanc əldə edə bilmirsən.
PrimeXBT kimi marja ticarət platformalarında levereyci (Maliyyə levereyci əmsalı təşkilatın borc və şəxsi kapitalının nisbətinin göstəricisidir) üzrə uzun və qısa mövqelərdən istifadə edən treyderlər eniş tendensiyalarından qazanc əldə edə və kapitalı müxtəlif yollarla qoruya bilərlər.
Kriptovalyutaya əsaslanan sözügedən platforma depozitlər götürür və ya ticarətə girov kimi istifadə etmək üçün BTC, ETH, USDT, USDC və ya digər kriptovalyutaları almağa imkan verir. Stabilkoinlər treyderlərə əsas kapitallarını dolların dəyərinə uyğun rəqəmsal aktivdə saxlamağa imkan verir, eyni zamanda qlobal bazarların geniş spektrini qısaldır və ya hedcinq (Hedcinq maliyyə bazarlarında risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərdir) edir.
Zərərləri birdəfəlik mənfəətə çevirin
PrimeXB platformasından istifadə edən treyderlər bitcoin, qızıl, neft, GBPUSD, NASDAQ (qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır) və daha onlarla ən populyar aktivlərə daxil ola bilərlər. Onlar həmçinin riski azaltmaq və kapitalı qorumaq üçün strateji olaraq aktivlər portfelini qura bilərlər.
Məsələn BTCUSD nümunəsini götürək. İnvestorlar hər bir sikkə üçün 74%-dən çox itki versələr də, 200x-ə qədər levereyc ilə 74%-lik enişi 14,800% investisiya gəlirinə çevirəcəklər.
Sərvətlə birlikdə bacarıqlar dəstənizi yaradın
Marja ticarətinə əlavə olaraq, PrimeXBT digər kriptovalyutaya əsaslanan məhsul və xidmətlərə, həmçinin referal və təhsil proqramına malikdir. PrimeXBT Ticarət Akademiyası 20 ildən çoxdur ki, ticarət məsləhətləri və strategiyalarını paylaşan ekspert treyder Dirk Hartiq tərəfindən yaradılıb. Treyderlər Akademiyanın mükəmməl tamamlayıcısı olan PrimeXBT yarışmaları ilə risksiz virtual fondlardan istifadə edərək ticarətlə məşğul ola və ya həftəlik ticarət yarışlarında yarışa bilərlər.
Mükafat qazanan ticarət platforması eyni zamanda “Covesting” nüsxəsi ticarət modulu, gəlir hesabları və “COV token” üzvlükləri də daxil olmaqla “Covesting” ekosisteminə ev sahibliyi edir.
İzləyicilər Covesting lövhələrində ən yüksək səviyyəli treyderləri izləməklə bu gəlirlərdən yararlana bilərlər.
PrimeXBT Ticarət Platforması ilə maliyyə qeyri-sabitliyini mənfəətə çevirin
PrimeXBT, bazarın aşağı düşdüyü zaman qazanc əldə etmək üçün istifadə edə biləcəyiniz ən güclü vasitədir. Treyderlər risklərin idarə edilməsi platforması və texniki analiz proqramı vasitəsi ilə qlobal aktivlərdən ibarət müxtəlif portfel yaratmaqla kapitalı qoruya biləcəyini bildirirlər.
Treyderlər Android və iOS üçün masaüstü və ya mobil proqramdan istifadə edərək həmin portfeli və cari mövqelərini idarə edə bilərlər.
Bazardan nağd şəkildə çıxmaq və ya zərərə davam etmək əvəzinə, PrimeXBT ticarət platforması imkanları ilə maliyyə bazarının qeyri-sabitliyindən istifadə edin. Kriptovalyutalarınızı satmağa ehtiyac yoxdur. Bunun əvəzinə, spot mövqelərini hedcinq edin və leverajdan istifadə edərək gəlirinizə gəlir qatmaq üçün uzun müddət davam edin. Bu gün PrimeXBT- də qeydiyyatdan keçin və “ayı bazarı” dövründə sərvətinizi artırın.