PashaPay tərəfindən yaradılan m10 tətbiqi artıq Azərbaycanın fintex sahəsinə daxil oldu. Artıq insanlar m10 tətbiqi ilə bütün ödənişləri və ya köçürmələrini rahat, sürətli, təhlükəsiz və ən əsası, 0% komissiya ilə həyata keçirə biləcəklər.
m10 istifadəçilərinə hansı üstünlükləri qazandırır?
● Tək nömrə ilə qeydiyyat. Kart məlumatlarını daxil etməyə vaxt sərf etmək lazım deyil.
● Komissiyasız pul köçürmələri. Ölkədaxili hər yerə və hər kəsə tək nömrə ilə sürətli köçürmələr etmək mümkündür.
● QR kodla ödəniş. Bir toxunuşla bütün ödənişləri həyata keçirmək imkanı verir.
● Komissiyasız nağdlaşdırma. Balansdakı vəsaiti bütün Kapital Bank bankomatlarından rahatlıqla nağdlaşdırmaq olur.
● Kommunal ödənişlər. Hal-hazırda m10-la bütün kommunal ödənişləri komissiyasız etmək və 2% keşbek qazanmaq mümkündür.
● Mobil balans ödənişləri. m10-la mobil balansı da komissiyasız və 2% keşbek qazanaraq artırmaq olar.
● Nağdsız ödənişləri qəbul etmək. İstifadəçilər əlavə xərclərdən azad olacaq.