Azərbaycanda koronavirusla mübarizə çərçivəsində “Rahat” supermarketlər şəbəkəsi də, öz növbəsində, bütün filiallarında dezinfeksiya tədbirlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, ölkə ərazisində koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi daha da gücləndirilib.
“Rahat” supermarketlər şəbəkəsi karantin qaydaları ilə bağlı bütün filiallarında qabaqlayıcı tədbirləri davam etdirir.
Belə ki, müştərilərin, o cümlədən, şəxsi heyətin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə viruslara və zərərli mikroorqanizmlərə qarşı dezinfeksiya işləri aparılır.
Aparılan dezinfeksiya işləri zamanı insan orqanizminə təhlükəsi olmayan, virus və mikroorqanizmləri məhv edən, həmçinin, onların yaranmasının qarşısını alan maddələrdən, eləcə də müasir avadanlıqlardan istifadə edilir.