Bu gün Xırdalan şəhərində “RAHAT” Marketin yeni filialı fəaliyyətə başladı.
Oxu.Az xəbər verir ki, yeni filialın açılışı ilə əlaqədar olaraq xüsusi endirimli və hədiyyəli məhsullar müştərilərə təqdim olunur.
Kampaniyalar 27 iyun tarixinədək davam edəcək. Bundan əlavə digər supermarketlərimizdə olduğu kimi yeni filialımızda da həftəsonu endirimlər və kampaniyalar olacaq.
“RAHAT” Marketin yeni filialı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 28-ci məhəllədə (əvvəlki Murad marketin yeri) yerləşir.