2012-ci ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən “Şirin Su” brendi yüksək standartlara cavab verdiyi üçün və xidmət səviyyəsinə görə hər kəsin sevimlisinə çevrilib.
Belə ki, “Şirin Su” brendi fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan bazarında 19 litrlik qablaşdırılmış su satışında aparıcı mövqe tutub. Elə bunun nəticəsidir ki, martın 6-da keçirilən 2021-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimində “Şirin Su” – sahənin lideri kimi içməli su məhsullarının istehsalı və çatdırılması sahəsində mükafata layiq görülüb.
Brend öz prinsipləri və keyfiyyətli su istehsal etməklə özünə stabil müştəri kütləsi qazanıb. “Şirin Su” brendi öz istehsal bazasına, nəqliyyat, anbar, kompüter nəzarət sistemindən ibarət logistikaya malikdir.
“Şirin Su” yalnız paytaxt sakinlərini deyil, eyni zamanda böyük şirkətləri, bankları, holdinqləri, restoran şəbəkələrini və xüsusilə tibb klinikalarını və sağlamlıq mərkəzlərini keyfiyyətli su ilə təmin edərək, minlərlə insanın keyfiyyətli su istehlakına zəmin yaradır.
Ramazan ayı ilə əlaqədar "Şirin Su" brendi Oxu.Az-ın Bakı, Sumqayıt və Abşerondan olan izləyiciləri arasından şirkətə müraciət edən yeni müştərilərə üç ədəd 19L su hədiyyə edir. Sifariş etmək üçün *5020 nömrəsinə zəng etmək kifayətdir.