“RE-TAŞ” inşaat market dizaynerləri müsabiqəyə dəvət edir.
Şərtlər çox sadədir:
1. “re_tas_insaatmarket” “Instagram” səhifəsini izləmək.
2. “RE-TAŞ” Ceramic markasına aid olan keramoqranit teksturlarından istifadə etməklə dizayn həlli tərtib etmək.
3. Hazırlanmış işləri office@retash.az elektron ünvanına ad, soyad, mobil nömrə və keramoqranitin kodu ilə göndərmək.
Göndərilən işlər “re_tas_insaatmarket” “Instagram” səhifəsində yerləşdiriləcək. Seçilmiş işlər 21 may tarixində professional münsiflər heyəti tərəfindən müəyyən edilərək finala vəsiqə qazanacaq.
Final mərhələsində isə qaliblər müəyyən edilərək sertifikat və dəyərli hədiyyələrlə təltif ediləcəklər.
Final mərhələsində münsiflər heyətinin səsverməsindən əlavə olaraq “Instagram” səhifəsindən gələn “Like”lar da nəzərə alınacaq.
Münsiflər heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetindən olan müəllimlərdən ibarətdir.
Mükafatlar:
1-ci yer: Apple Iphone 13 (128 Gb)
2-ci yer: Apple watch
3-cü yer: 31.5´ Full HD monitor 60 Hz
Əlavə olaraq 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar, finalçıların hər birinə isə münsiflər heyəti tərəfindən sertifikatlar veriləcək.
“RE-TAŞ” inşaat market özünə güvənən dizaynerləri müsabiqədə iştirak edib qaliblərdən biri olmağa dəvət edir.
Müsabiqə barədə ətraflı məlumat linki:
https://drive.google.com/file/d/1JYf-QoxnINeIac-M-fBdHIpGjR7PxsOW/view?usp=share_link
Keramoqranit teksturlarını yükləmək üçün link:
https://drive.google.com/drive/folders/11XkPI7xNnZxD7aN2boGjZmR0N2PiVIxp?usp=share_link
Qeyd edək ki, “RE-TAŞ” inşaat market 2022-ci ilin yanvar ayından fəaliyyət göstərir. Marketdə ən qabaqcıl inşaat materialları istehsalçılarının məhsulları sərgilənir. “RE-TAŞ” inşaat marketin əsas devizi keyfiyyətli inşaat materiallarını istehlakçılara təqdim etməkdir.
Əlaqə: *5111