Avqustun 28-də xaricdə təhsil və ingilis dili üzrə ixtisaslaşmış “ROOF Academic Training” (ROOF AT) təhsil şirkətinin 5 illik yubileyi qeyd edilib.
Bu barədə təhsil şirkətindən məlumat verilib.
“Fəaliyyət göstərdiyimiz beş il ərzində sevinc yaşatdıq və sevindik, tələbələrimiz uğur qazandı və uğurlu olduq. Ən əsası isə, səmimi bir mühit yaratdıq və komandamız, tələbələrimiz və valideynlər ilə üzvləri dünyanın dörd bir yanında olan geniş bir ailə olduq”, - şirkətin “Instagram” hesabında qeyd olunub.
“Baku Marriott Hotel Boulevard”da keçirilən tədbirdə rəsmi dövlət nümayəndələri, tərəfdaşlar və digər qonaqlar iştirak edib. Tədbirin rəsmi hissəsi dövlət nümayəndələrinin, şirkət rəhbərliyinin çıxışı ilə başlayıb, əməkdaşların mükafatlandırılma mərasimi ilə davam edib. Daha sonra musiqili bədii şou proqramı ilə ikinci hissə yekunlaşıb.
Məlumat üçün bildirək ki, “ROOF Academic Training” 2017-ci ildən fəaliyyətə başlayıb və ingilis dili, riyaziyyat, startap, beynəlxalq imtahanlara (“Cambridge English”, SAT, IELTS, TOEFL, “Duolingo”) hazırlıq, mentor dəstəyi, “roadmap” (yol xəritəsi) xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış təhsil şirkəti olub gənclərə məktəb və universitet illərində yol xəritəsinin hazırlanmasına dəstək olur.
“ROOF Academic Training” tələbələrinə daim yüksək xidmət göstərmək üçün həm beynəlxalq həm də yerli şirkət və qurumlarla partnyorluq edir və yüksək potensiala malik gənclərimizin dünyanın müxtəlif ölkələrində, ən reytinqli universitetlərdə ən yaxşı təhsil almaları üçün çalışır.
Şirkət fəaliyyət göstərdiyi 5 illik müddətdə dünyanın ən yaxşı 100 universitetinə 150-dən çox, ümumilikdə isə, dünyanın 5 qitəsində, 35 ölkədə yüzlərlə tələbənin müxtəlif xarici universitetlərə qəbul olmasına dəstək olub.
Hazırda “ROOF” tələbələri MIT, “UPenn”, “Georgia Tech”, UBC, “Toronto”, “McGill”, UCL, “London School of Economics”, “Warwick”, “Technical University of Munich”, “KU Leuven”, “Polytechnic University of Milan”, “Lund”, “Nanyang”, KAIST kimi dünya reytinq sıralamasında ən yüksək pillələrdə qərarlaşan universitetlərdə təhsillərini davam etdirirlər.
“Roof Academic Training” şirkətinin keyfiyyətini rəqəmlər müəyyənləşdirir. IELTS üzrə ortalamanın 7.5, SAT imtahanı üzrə ortalamanın isə 1400 olması bunu bir daha sübut edir.
Son 3 ildə ölkəmizdən dünya reytinq sıralamasında ilk pillədə dayanan MIT-ə bakalavr pilləsinə qəbul olmuş hər iki tələbə “ROOF” tələbəsidir.
Həmçinin nəzərinizə çatdıraq ki, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində ilk il üzrə seçilmiş namizədlərdən 40 nəfərdən çoxu “ROOF”un bir və ya bir neçə xidmətindən yararlanıb.
View this post on InstagramDigər xəbərlər