Ölkə brendimiz “Saloğlu” mebel Sumqayıt şəhərində növbəti mağazasını təntənəli açılışla sakinlərin xidmətinə verdi.
Xidmət şəbəkəsini daim inkişaf etdirməkdə olan “Saloğlu” şirkəti Sumqayıt Baxçaşəhər kompleksində növbəti mağazasını açdı.
Bu gündən etibarən mağaza öz konsept dizaynı, göz oxşayan mebelləri və gülərüz kollektivi ilə alıcıların xidmətindədir.
Sayca 15-ci olan bu mağazada şirkətin istehsal etdiyi bütün məhsullarla yanaşı, dünya markaları olan “Çilək” və “Ashley” mebelləri də sərgilənməkdədir.
Avropa ölkələrindən idxal olunan ən üst marka xammallarla istehsal edilən mebellər alıcılar tərəfindən xüsusi rəğbətlə sevilir.
Mağazada mövcud endirimlərlə yanaşı açılışa özəl maraqlı hədiyyəli aksiya da davam etməkdədir.
Odur ki, hər kəs yeni açılan mağazaya baş çəkərək həm öz evinə uyğun mebelə sahib ola, həm də maraqlı hədiyyə əldə edə bilər
Fabrikləri, istehsal xətti, peşəkar mütəxəssisləri ilə birlikdə “Saloğlu” şirkəti ölkəmizi xarici bazarda da qürurla təmsil etməkdədir.
Ətraflı məlumat üçün: *1441 (qaynar xətt)