Cihazın tarazlığını təmin edən “Flex Hinge” (“Çevik Qatlanan”) innovativ forma-faktoru, eləcə də unikal “FlexCam” (“Çevik Kamera”) kamerasının peşəkar imkanları sayəsində “Galaxy Z” seriyası istifadəçilərə misilsiz çeviklik və universallıq təcrübəsi verir.
“Samsung Electronics”, “Galaxy Z Flip5” və “Galaxy Z Fold5”in daxil olduğu beşinci nəsil qatlanan “Galaxy” cihazlarının buraxılışını elan edir. Sənayenin aparıcı forma-faktoruna malik olan smartfonlar istifadəçilərə unikal təcrübə təklif edir ki, bunun da əsasında parlaq və yığcam dizayn, bir çox fərdiləşdirmə aləti və yüksək performans dayanır. “Flex Hinge” sayəsində yeni məhsullar estetik cəhətdən tarazlaşdırılmış dizayna və davamlı konstruksiyaya malikdir. Smartfonun kamerası müxtəlif bucaqlardan şəkil çəkməyə imkan verən “FlexCam” kimi qeyri-adi xüsusiyyətlərə malikdir. Güclü performansı, optimallaşdırılmış batareyası və ən son prosessoru ilə “Samsung Galaxy Z” seriyası istər açıq, istərsə də qatlanan smartfonların imkanlarını yenidən müəyyənləşdirir.
“Samsung Electronics”in Mobil Təcrübə istiqaməti prezidenti və rəhbəri Tae Mun Ro (TM Roh) belə deyir:
“Qatlana bilən smartfonları sayəsində “Samsung” mobil sənayedə çevriliş edir, yeni standartlar müəyyənləşdirir və öz imkanlarını daim genişləndirir. Hər gün daha çox insan qatlana bilən cihazlarımızı seçir, çünki onlar digər qadcetlərlə əldə etmək mümkün olmayan təcrübə təqdim edirlər. Ən son “Galaxy Z Flip5” və “Galaxy Z Fold5” istifadəçilərə innovativ texnologiyalarla xidmət göstərmək niyyətimizi təsdiqləyir”.
“Samsung”un innovativ mirası və qatlana bilən cihazların inkişafına sadiqliyi şirkətə inanılmaz multixüsusiyyətli smartfonlar yaratmağa imkan verib. Qatlana bilən forma-faktorun potensialına və dünya səviyyəli elmi-tədqiqat və istehsal imkanlarına inamı ilə “Samsung” şirkəti “Galaxy Z” seriyasını ardıcıl olaraq təkmilləşdirir və optimallaşdırır. Yeni “Galaxy” nəinki müasir istifadəçilərin ehtiyaclarına cavab verir – “Galaxy Z Flip5”in “Flex Window” (“Çevik Pəncərə”) ekranında məzmun yaratmaqdan “Galaxy Z Fold5”in multitaskinqinə qədər - həm də onları üstələyir.
“Galaxy Z Flip5” və “Galaxy Z Fold5” mümkün qədər davamlı olmaq üçün diqqətlə hazırlanıb. Əsas ekran zərbəni paylaşdıran təbəqə ilə təchiz edilib, arxa panel isə displeyin daha davamlı olması üçün yenidən işlənib. IPX8 standartı, gücləndirilmiş alüminium çərçivə və “Flex Window” ilə arxa qapağı örtən “Corning® Gorilla® Glass Victus®2” şüşəsi sayəsində “Galaxy Z Flip5” və “Galaxy Z Fold5” yüksək səviyyəli davamlılıq təklif edir. Onu kənardan təsirləri paylaşdıran qoşa relsli struktura malik olan yeni daxili “Flex Hinge” modulu gücləndirir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan bazarına “Galaxy Z Flip5” və “Galaxy Z Fold5” modelləri bu il avqustun 14-dən daxil olur. Həmin tarixdən başlayaraq sentyabrın 15-dək bu modellər xüsusi təkliflə satışa çıxarılacaq.
