Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən “İrşad” bir ay əvvəl “kitab gəzər” şüarı ilə başlatdığı “Sən oxudun, onlar da oxusun” kitabtoplama kampaniyasına qoşulanlar sayəsində yığılan kitabları Astara rayonunun Toradi və Sərək kənd tam orta məktəblərinə çatdırdı. Bakı və Gəncədə yerləşən 7 mağazada yerləşdirilən xüsusi səbətlərə müştərilər tərəfindən ianə edilmiş kitablar seçilərək balaca sahiblərinə və məktəbin kitabxanasına təhvil verilib. Bir ay ərzində yalnız səbət yerləşdirilən mağazalara yox, digər bölgələrdə mövcud “İrşad” mağazalarına yaxınlaşan və kitab ianə edənlər də oldu.
Bu səbəbdən “İrşad” layihəni dekabrın sonuna qədər davam etdirəcək. Əgər siz də kitab azlığı olan bölgələrdə məktəblilərin kitablarla təmin olunmasına dəstək olmaq istəyirsinizsə aşağıda qeyd olunan mağazalardakı səbətlərə sadəcə kitabları ianə edə bilərsiniz.
Qeyd olunan ünvanlar sizə yaxın ərazidə deyilsə o zaman ən yaxın “İrşad” mağazasına kitablarınızı ianə etməyiniz də mümkündür.
• “Bakıxanov” (Sakit Qocayev 25)
• “Yasamal” (Şərifzadə küçəsi 162)
• “Qarayev” (Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 )
• “Əhmədli” (Sarayevo küçəsi 55)
• “Xırdalan” (Mehdi Hüseynzadə küçəsi 1, Heydər Əliyev prospekti ilə kəsişmə)
• “Sumqayıt” (Sülh küçəsi 5004)
• “Gəncə” (Nizami küçəsi, 71)
Qeyd edək ki, “İrşad”ın “kitab gəzər” şüarı ilə başlatdığı layihənin məqsədi kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün onları kitablarla təmin etməkdir.