Ölkə bank bazarında ilk olaraq kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartın – “Unibank”ın “UCard” məhsulunun müştərilərin istifadəsinə verilməsindən 1 il ötür. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən “UCard”, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan kart məhsuludur. Bir il ərzində “UCard” ölkə kart bazarının ən çox istifadə olunan bank kartlarından birinə çevrilib.
Bir il ərzində “UCard”ın nailiyyətlərinin bir hissəsi bunlardır:
- 320 350 ədəddən çox - satılan “UCard” sayı;
- 2 527 600 manatdan çox - qazanılan keşbek məbləği;
- 1 milyon 252 manatdan çox - kart qalığına görə müştərilərin qazandığı faiz gəlirləri.
“UCard” özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:
- Pulsuzdur - hər kəs ala bilər;
- Kartın müddəti - 5 illik;
- 40 günədək faizsiz kredit xətti;
-10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 30 000 AZN-dək nağd kredit imkanı;
- Kart qalığına illik 6%-dək gəlir;
- 30%-dək keşbek;
- 24%-dək taksit imkanı;
- Dünyanın bütün market, restoran və YDM-lərində “Apple Pay” və “Google Pay”la ödəniş zamanı dövriyyə tələbi olmadan 5% keşbek imkanı;
-“Unibank” ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
-UTM-lərdə “Unibank” kartına istənilən vaxt toplu şəkildə pul qoymaq və vəsaitin dərhal balansa oturması;
- Karta limitsiz pul mədaxili və məxaric imkanı;
- Müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı (həm mobil bankda, həm ATM-də);
- Ölkədaxili başqa bank kartlarına aylıq 2000 AZN-dək komissiyasız card to card əməliyyatları.
Əgər hələ də “UCard”nız yoxdursa, “Unibank”ın sizə yaxın filialına yaxınlaşaraq, yerindəcə, dərhal və pulsuz “UCard” əldə edə bilərsiniz.
“UCard” – Sənin kartın!