Bakı şəhərinin mərkəzi ərazisindən “şir kükrəməsi”nə bənzər eşidilən səslərin səbəbi bilinib.
Belə ki, maraqlı “kükrəmə” səsinin, sirli şirin ləpirlərin səbəbi “Coca-Cola” Azərbaycan şirkətinin yeni təqdim etdiyi məhsulla bağlıdır.
Şirkət Dənizkənarı Bulvarda yeni sərinləşdirici “Roar” içkisini təqdim edib.
“Şeytan çarxı” yaxınlığında təqdim edilən “Roar”un möhtəşəm bir şüarı da var:
“Var Gücünlə Kükrə...”
Təqdimatda əhali üçün müxtəlif yarış və əyləncələr təşkil edilib, iştirak edən hər kəsə hədiyyələr təqdim edilib.
Qazlı, alkoqolsuz içki barədə şirkətin region üzrə PR direktoru Elşad Fərzəliyev məlumat verib.
O bildirib ki, “Coca-Cola” şirkəti dünyanın ən böyük sərinləşdirici içki şirkətidir:
“Azərbaycanda 8 fərqli brend istehsal edirik. Bizim üçün bu gün qeyri-adi gündür. Şirkətimizin məhz Azərbaycan üçün hazırladığı yeni “Roar” sərinləşdirici içkini təqdim etməkdən məmnunuq. Azərbaycan dünyada ikinci ölkədir ki, bu içki təqdim edilir. İçki sərinləşdirici, təravətləndirici gücü ilə seçilən və qeyri-adi ada malik brenddir. 250 ml qablaşdırmada istehsal olunur”.
Yeni sərinləşdirici içkinin “Qızıl Yumruq” və “Qırmızı alov” adlı növləri var.
Şirkət rəsmisi qeyd edib ki, məhsul yay mövsümi üçün möhtəşəm bir içki olacaq:
“Hesab edirik ki, içki hamının xoşuna gələcək”.
Elşad Fərzəliyev tərkibi sink elementi ilə zənginləşdirilən içkinin “Var Gücünlə Kükrə” şüarı barədə də danışıb:
“Hər bir insanda şir gücü var. Bəzən insan öz emosiyalarını ifadə etmək üçün bir fürsət axtarır. Hesab edirik ki, hər kəs “Roar” içkisi ilə bu fürsətdən yararlana bilər. Düşünürük ki, Azərbaycan istehlakçısı yeni içkini bəyənəcək".
Artıq məhsul ölkəmizin bütün regionlarında satışa çıxarılır.
Şirkət rəsmisi əlavə edib ki, gələcəkdə sərinləşdirici içkinin zero variantı da istehsal edilə bilər.
Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Coca-Cola” Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. “Coca-Cola” məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin “Coca-Cola İçecek” şirkəti tərəfindən təsis edilən “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan “Coca-Cola İçecek” 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub. Müasir istehsal xətləri ilə təchiz edilmiş zavodda “Coca-Cola” şirkətinin “Coca-Cola”, “Fanta”, “Sprite”, “Cappy”, “FuseTea”, “Bonaqua” kimi dünya miqyasında sevilən və tanınan bir çox sərinləşdirici içki məhsulları istehsal olunur və ölkənin hər bir bölgəsində istehlakçılara satış nöqtələri vasitəsilə təqdim edilir.
400 nəfərədək əməkdaşı olan “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC ölkədə 4000-dən artıq satış nöqtəsi ilə işləyir. “Coca-Cola” sistemində hər bir iş yeri dolayısı ilə ölkədə 5000-dən artıq iş yerini dəstəkləyərək məşğulluğa ciddi töhfə verir. Bu günə qədər “Coca-Cola” Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan çox investisiya yatırıb.
Azərbaycanda “Coca-Cola” məhsullarının istehsalı həm yerli, həm də beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına və bundan daha sərt olan “Coca-Cola” sisteminin tələblərinə cavab verir. “Coca-Cola” məhsullarının təhlükəsizliyini və yüksək keyfiyyət standartlarına uyğun hazırlanmasını təsdiq edən müvafiq beynəlxalq sertifikatlar mövcuddur.