Eldar Cahangirov Xorvatiyanın İT şirkəti “Span”ın Azərbaycan üzrə yeni baş meneceri vəzifəsinə təyin edilib.
O, biznesin idarə edilməsi üzrə uzunillik təcrübəyə malikdir və bu təyinata qədər ölkənin bir çox aparıcı İT və telekommunikasiya şirkətlərində (“Microsoft”, “Mastercard”, “Azercell Telecom” MMC, “Nar” (Azerfon), SAP və s.) rəhbər vəzifələrdə çalışıb.
E. Cahangirov son iki il ərzində əsasən daxili biznes axınının optimallaşdırılması, KPI sistemi, biznes hesabatı mexanizminin qurulması və inteqrasiyası, rəqəmsal konsepsiya sənədləri üzrə məsləhətçi kimi fəaliyyət göstərib.
E. Cahangirov biznesin inkişafı, satış nailiyyətləri, müştəri diqqəti, yüksək etik standartlar üzrə bacarıqları vurğulayan çoxsaylı beynəlxalq mükafatların sahibidir.
Bu arada qeyd edək ki, 23 fevral 2022-ci il tarixində saat 12:00-da “İstifadəçilərinizi, cihazlarınızı və məlumatlarınızı buludda necə qorumaq olar?” mövzusunda keçirilən vebinarı da məhz yeni baş menecer Eldar Cahangirov açıq elan edəcək.
Vebinarda iştirak etmək üçün https://bit.ly/3rHLe5b linkinə keçid edərək qeydiyyatdan keçməyiniz xahiş olunur.
“Span Azərbaycan”ın fəaliyyəti və ən son yenilikləri barədə daha ətraflı məlumat üçün “Linkedin” və “Facebook” səhifələrimizi izləyin.
“Span” şirkəti haqqında:
Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti “Span” iri müəssisə və biznes nümayəndələri üçün informasiya sistemlərinin layihələndirilməsi və tətbiqi xidmətləri, həmçinin texniki dəstək üzrə ixtisaslaşıb. Biznesin rəqəmsal transformasiyası sahəsində 28 ildən çox beynəlxalq təcrübəyə malik olan “Span” etibarlı və dəyərli İT tərəfdaşıdır. Hazırda “Span Group”da 500-dən artıq mütəxəssis çalışır.
Tel: (012) 496 08 89
E-mail: span@span.eu