Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “SR GroupCo” MMC XPENG brendini 9 dekabr 2023-cü il tarixində Azərbaycan bazarına təqdim edib.
2014-cü ildə təsis edilmiş XPENG brendi premium seqment üzrə ixtisaslaşan elektrikli avtomobil istehsalçısıdır. Yarandığı ilk gündən yeniliklər edən şirkət, inteqrasiya edilmiş internet və Al (Artificial Intelligence - süni intellekt) texnologiyası ilə ağıllı mobilliyin inkişafında lider kimi özünü təsdiq edir. Xüsusilə qeyd edək ki, XPENG 2022-ci ildə dünyanın ilk elektrikli uçan avtomobilini hazırlayıb. Bu layihə avtomobillərin təkcə nəqliyyat vasitəsi deyil, həm də texnoloji yeniliklərə və davamlı gələcəyə doğru bir addım olduğunu göstərir.
Bir sıra fərqli brendlərin distribütorluğunu edən “SR GroupCo” MMC şirkəti son illərdə bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük marağa səbəb olan premium elektrikli avtomobil brendlərinin gətirilməsini həyata keçirir. Ölkəmizdə brendin ilkin olaraq “P7” və “G9” modelləri təklif edilir.
“SR GroupCo” MMC-nin avtomobil sektorunun rəhbəri Toğrul Paşayev qeyd edib ki, şirkət XPENG brendini bazara xüsusi sloqanla daxil etməyi bacarıb:
“Bazarda seçilən bir sıra brendləri uğurlu şəkildə təqdim etdiyimizi düşünürəm. Biz XPENG brendini bazara “Gələcəyi idarə et” sloqanı ilə daxil etdik. Salonumuzun açılışı olduğu gündən bəri salona gələn qonaqların sayı bizi çox sevindirir. Müştərilərimizə qabaqcıl texnologiyalara və yüksək keyfiyyət standartlarına əsaslanan ən yaxşı məhsul və xidməti təklif etməyə hazırıq.
Tam elektrikli, ən son texnoloji yeniliklərlə təmin olunan, premium seqmentə aid bu brendin ölkəmizdə çox qısa müddətdə seviləcəyi şübhəsizdir”.
XPENG brendinin təqdim etdiyi modellərlə Babək prospekti 74A ünvanına yaxınlaşaraq tanış ola və sınaq yürüşünə yazıla bilərsiniz. Həmçinin avtomobillərə 10% ilkin ödənişlə sərfəli bank kredit şərtləri ilə sahib olmaq mümkündür.
Qeyd edək ki, “SR Group” MMC-yə daxil olan “SR Elektro motors” MMC şirkəti XPENG brendinin regionda rəsmi distribütorudur.
Xatırladaq ki, “SR Group” MMC bir sıra fərqli sahələr üzrə uğurlu bizneslərə sahib olduğu kimi, avtomobil sektorunda da 1996-cı ildən bu günədək davam edən böyük bir təcrübəyə malikdir. Bu sahədə sahib olduğu brendlərin (“Mercedes-Benz”, “Skoda”, “Changan”, “Leap Motor”) hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir.