Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi
Ötən gün "Marriott Absheron" hotelində Çin avtomobil nəhəngi "Great Wall Motor" (GWM) tərəfindən istehsal olunan premium avtomobil brendi WEY-in təqdimatı keçirilib.
Tədbirə media nümayəndələri, avtomobil ekspertləri, influenserlər və texnologiya həvəskarları da daxil olmaqla 200-dən çox qonaq qatılıb.
Təqdimat zamanı WEY brendinin üç əsas modeli nümayiş etdirilib:
Flaqman, iriölçülü krossover - WEY 07 PHEV 4WD;
Texnoloji miniven - WEY 80 PHEV 4WD;
Ortaölçülü premium krossover - WEY 03 PHEV AWD;
Bu modellər ağıllı idarəetmə, təhlükəsizlik və gələcəyin dizaynına yeni baxışı təmsil edir.
GWM-in regional direktoru Kerol Tian çıxışında bildirib:
"Bugünkü tədbir sadəcə yeni avtomobillərin təqdimatı deyil. Bu, ağıllı və dəbdəbəli sürücülüyün yeni mərhələsinin başlanğıcıdır. WEY - yüksək performans, təhlükəsizlik və texnoloji irəliləyiş fəlsəfəsini özündə birləşdirir. Biz premium brendimizi dinamik şəkildə inkişaf edən və innovasiyaları dəyərləndirən Azərbaycan bazarına təqdim etməkdən məmnunuq".
"Azerbaijan Automobiles" QSC-nin baş direktoru Camal Quliyev vurğulayıb:
"WEY brendinin ölkəmizdə satışa çıxması Azərbaycan avtomobil sektorunda əlamətdar hadisədir. Biz fəxrlə təqdim edirik ki, bu avtomobillər həm dizayn, həm də texnologiya baxımından ən yüksək standartlara cavab verir. Müştərilərimiz premium Avropa sinfinə uyğun komfort və təhlükəsizlik səviyyəsini artıq burada əldə edə biləcəklər".
WEY haqqında:
WEY brendi 2016-cı ildə GWM-in qurucusu Cek Veyin şərəfinə yaradılıb.
Bu, adını yaradıcısından alan ilk Çin premium avtomobil brendidir. WEY - ağıllı hibrid texnologiyalar, zərif dizayn və innovativ təhlükəsizlik platforması ilə seçilir.
Rəqibsiz üstünlüklər:
WEY modelləri GWM-in inqilabi HI-4 texnologiyası əsasında yığılır.
H - Hybrid (hibrid), I - Intelligent (ağıllı), 4 - 4WD (dörd təkəri də ötürücü) anlayışlarını birləşdirir.
Bu sistem yüksək mühərrik performansı, az enerji sərfiyyatı, maksimum təhlükəsizlik və ağıllı idarəetmə ilə seçilir.
WEY modellərinin texniki göstəriciləri:
Parametr | WEY 03 | WEY 07 | WEY 80 |
Tip | Orta ölçülü SUV | Böyük ölçülü SUV | Miniven (MPV) |
Ötürücü | AWD (avtomatik tam ötürücü) | 4WD (tam ötürücü) | 4WD (tam ötürücü) |
Mühərrik | 1.5L turbo + 2 elektrik mühərriki | 1.5L turbo + 2 elektrik mühərriki | 1.5L turbo + 2 elektrik mühərriki |
Hibrid sistemi | PHEV (Plug-in Hybrid) | PHEV | PHEV |
Ölçülər (mm) | 4685 × 1890 × 1730 | 5156 × 1980 × 1805 | 5405 × 1960 × 1890 |
Oturacaq sayı | 5 sərnişin (2 sıra) | 6 sərnişin (3 sıra) | 6 sərnişin (3 sıra) |
Batareya / Güc | 27.54 kWh / 383 a.g. | 42.50 kWh / 517 a.g. | 44.28 kWh / 487 a.g. |
Elektrogediş / Ümumi gediş | 130 km / 1050 km | 201 km / 1140 km | 183 km / 935 km |
Yanacaq sərfiyyatı (NEDC) | 1L / 100 km | 0.2L / 100 km | 0.2L / 100 km |
0-100 km/s sürətlənmə | 6 saniyə | 4.9 saniyə | 5.9 saniyə |
Qiymət | 54.900 manat | 81.900 manat | 102.000 manat |
Kredit və lizinq şərtləri:
Rəsmi diler GWM avtomobillərini sərfəli kredit və lizinq imkanları ilə təklif edir:
- Kredit: ilkin ödəniş - 20%, illik faiz - 12%, maksimum müddət - 60 ay;
- Lizinq: ilkin ödəniş - 10%, illik faiz - adaptiv sistem.
Zəmanət:
ZƏMANƏT rəsmi distribütor "Azerbaijan Automobiles" QSC tərəfindən verilir - 8 il və ya 160 000 km (rəsmi yolla alınmış avtomobillər üçün).
Şirkət haqqında:
"Azerbaijan Automobiles" QSC - Azərbaycanda GWM (WEY, "Haval", "Tank", "Poer", "Ora"), "Bentley" və "Volkswagen" markalarının rəsmi distribütorudur.
Əlaqə məlumatları:
- Satış mərkəzi: Babək prospekti, 282, "GWM Avtosalon"
- Telefon: *7999 / +994 55 678 24 24
- WhatsApp: +994 55 678 24 24
- Sayt: https://gwm.az
- Avtosalon səhifəsi: https://turbo.az/avtosalonlar/gwm-azerbaijan
- Test yürüşünə yazıl: https://gwm.az/test-drive/
