Fevralın 27-də hər il mobil və telekommunikasiya texnologiyaları üzrə dünya liderlərini öz dizaynlarını nümayiş etdirmək və texnologiyanın gələcəyini müzakirə etmək üçün bir araya gətirən Mobile World Congress (MWC) açıq elan edilib. Barselonanın nəhəng konqres mərkəzində keçirilən dördgünlük sərgi mobil texnologiya sənayesində dünyanın ən böyük və ən nüfuzlu tədbiridir. Bu il TECNO brendi sərgidə debüt edərək, bir sıra yeni cihaz və texnologiya təqdim edib, bunlardan PHANTOM V Fold smartfonunu, SPARK 10 Pro smartfonunu, 13-cü nəsil Intel Core prosessoru əsasında yenilənmiş MEGABOOK S1 2023 notbukunu, eləcə də innovativ Chameleon rəng dəyişdirmə texnologiyasını qeyd etmək olar.
Belə ki, tədbirdə, TECNO Phantom V Fold adlanan öz ilk qatlana bilən displeyli smartfonunu təqdim edib. Yeni smartfon 2296x2000 piksel təsvir ölçülü, 120 Hz yenilənmə tezlikli, 7,85 düym diaqonallı əsas qatlana bilən displey ilə təchiz edilib.
Həmçinin burada arxa korpusun, demək olar ki, yarısını əhatə edən 2520x1080 təsvir ölçülü 6,42 düym və üzərindən 32 MP və 16 MP-lik iki ön kamera yerləşən ikinci ekran da mövcuddur. Qeyd etmək lazımdır ki, displey davamlı Gorilla Glass Victus şüşəsi ilə qorunur, korpusun qalan hissəsi isə ekodəridən hazırlanıb.

Phantom V Fold üç sensordan ibarət üçlü kamera ilə təchiz olunub, bunlardan 50 MP əsas kameranı, 50 MP telefoto obyektivi (2x optik zoom) və 13 MP ultra geniş bucaqlı sensoru qeyd etmək olar. Smartfonda batareyanın tutumu 5000 mAh təşkil edir ki, bu da kifayət qədər uzun müddət enerji doldurumuna ehtiyac olmadan işləmək imkanı təqdim edir.
Həmçinin konfransda brendin digər yeni smartfonu olan Spark 10 Pro da təqdim olunub. Artıq Azərbaycan bazarında da mövcud olan yenilik, 2460x1080 təsvir ölçüsünə və 90 Hz yenilənmə tezliyinə malik 6,8 düym böyük IPS ekranla təchiz edilib.
Smartfonun arxa paneli ulduzlu səmanı xatırladan unikal üslubda hazırlanıb. Burada həm də iki sensor və LED flaşı olan düzbucaqlı kamera bloku mövcuddur. Əsas sensor 50 MP-lik icazə ilə çəkir, ön kamera isə ikili LED flaş və 32 MP-lik matrislə təchiz olunub.
Qurğunun texniki əsasını 8 Gb RAM və 256 QGb daxili yaddaşla müşayiət olunan Helio G88 çip toplusu təşkil edir. Həmçinin smartfon 5000 mAh tutumlu akkumulyatorla və 18 vatt güclü sürətli doldurma cihazı ilə təmin edilib.

TECNO-dan yeni məhsullar haqqında danışırıqsa, PHANTOM X2 və PHANTOM X2 Pro-nu qeyd etməyə bilmərik. Smartfonlar yuvarlaq kənarları olan incə dizayna sahibləniblər. Yüksək keyfiyyətli plastik və şüşədən ibarət korpusda ön tərəfdə 2400×1080 piksel təsvir ölçülü 6,8 düym və 120 Hz yeniləmə tezliyinə malik olan ekran yerləşdirilib. Sözügedən AMOLED displeyin tərəf nisbəti 20:9, nöqtə sıxlığı isə 387 ppi-dır. Ekranda f/2.5 işıq gücünə malik 32 MP ön kamera yer alıb.
PHANTOM X2 əsas kamerası 64 MP-dir. O, zəif işıqda fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün RGBW pikselləri və Quad-Bayer texnologiyasından istifadə edir. Blokun ikinci matrisası, makro kamera kimi istifadə edilə bilən 13 meqapiksellik PDAF ultra geniş bucaqlı kamera kimi təqdim edilib. Burada üçüncü sensor isə 2 MP-lik kameradır. Lakin, PHANTOM X2 Pro üçün brend unikal xüsusiyyət təqdim edib, belə ki, f /1.49 optika ilə təchiz edilmiş telefoto linza, istifadə zamanı avtomatik olaraq telefon korpusundan qabağa doğru sürüşdürülür və 2,5x zoom-u təmin edir. Qeyd edilən bu funksiya indiyə qədər heç bir smartfonda istifadə edilməyib.
TECNO smartfonlarını elə indi Baku Electronics, Kontakt Home, İrşad Electronics, Soliton, Optimal, Maxi.az, Music Gallery, Wentto Electronics, World Telecom, ByTelecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
:640.jpg)