Op. Dr. Baha Toyqar xəstələrini 20 - 23 dekabr tarixlərində Bakı “Dünyagöz” xəstəxanasında qəbul edəcək.
Miyopiya, hipermetropiya və astiqmatizmdən təhlükəsiz şəkildə qurtulmaq mümkündür.
Lazer əməliyyatı ilə eynək və linzalarınızdan birdəfəlik xilas ola bilərsiniz.
“Dünyagöz” xəstəxanası Oftalmologiya mütəxəssisi Op. Dr. Baha Toyqar lazer əməliyyatı ilə bağlı sualları cavablandırıb:
Lazer əməliyyatı kimlərə tətbiq olunur?
* Lazer əməliyyatı görmə problemi olan xəstələrə (miyopiya, hipermetropiya və astiqmatizmi olanlar) eynək və linzalarından qurtulmaq üçün tətbiq edilir.
* Yaşı 18-dən yuxarı olan, son 2 ildə göstəricilər 0,50 dioptridən çox irəliləməyən və ya geriləməyən, buynuz qişa quruluşu uyğun olan şəxslərə tətbiq oluna bilər.
* 8 dərəcəyə qədər miopiya, 6 dərəcəyə qədər astiqmatizm, 4 dərəcəyə qədər hipermetropiya lazerlə sıfırlana bilər.
Gözün lazer əməliyyatına uyğun olduğunu necə bilmək olar?
Bu əməliyyatın uyğunluğunu müəyyən etmək üçün bir çox mühüm müayinələr aparılır. Əvvəlcə gözün buynuz qişasının xəritəsi hazırlanır, sonra paximetriya ölçüləri aparılır. Paximetriya ilə buynuz qişanın qalınlığı ölçülür. Yekun müayinə isə fərdiləşdirilmiş dağla cəbhəsidir. Bu müayinələr ilə insanın göz quruluşuna ən uyğun müalicə tövsiyə edilir.
Lazerdə tətbiq olunan üsullar hansılardır?
Xəstənin göz quruluşundan asılı olaraq fərdi müalicə üsulları təklif olunur. Uyğun buynuz qişa quruluşuna malik xəstələrə “iLASIK” üsulları tövsiyə edilərkən, bəzi xəstələrə buynuz qişanın incəliyinə görə PRK üsulu tətbiq oluna bilər. Bu əməliyyat üçün ideal buynuz qişa qalınlığı lazımdır. Çoxlu analizlər edildikdən sonra ətraflı müayinə ilə əməliyyat qərarı verilməlidir. Bu əməliyyatlarda xəstəyə doğru müalicə növünün tətbiqi çox əhəmiyyətlidir.
Lazer əməliyyatında yenilik varmı?
Bir vaxtlar bıçaqla edilən əməliyyat dövrünün indi tarixə çevrildiyini deyə bilərik. Bıçaqsız həyata keçirilən ən müasir femtosaniyə lazer və “iLASIK” lazer əməliyyatları ilə əməliyyat zamanı problem riski çox azdır.
Həmçinin, gecə görmə problemləri həll edilib. Məqsədli nömrə korreksiyasının təmin edilməməsi kimi risklər aradan qalxıb. 20 ilin sonunda lazer texnologiyaları çox inkişaf edib. Bu gün bıçaqsız texnologiyanın ən son üsulu olan 5-ci nəsil 150 Hz texnologiyası ilə işlənilir. Bu, əldə etməyi hədəflənmiş nəticə baxımından böyük məmnunluq hissi verir.
Fərdi müalicə üsulu nədir?
Fərdi müalicə üsulu “iLASIK” görmə dalğa cəbhəsi və femtosaniyə texnologiyasını birləşdirən müalicə üsuludur. Hər bir insanın göz quruluşu barmaq izi kimi fərqlidir. “iLASIK” metodu insandan insana olan fərqləri nəzərə alır və göz quruluşuna görə müalicəni planlaşdırır.
Lazım gələrsə, gələcəkdə lazer əməliyyatı keçirən şəxs yenidən əməliyyat oluna bilərmi?
Əməliyyatın təkrarlanması lazım olduqda, göz göstəricələri uyğun olarsa, şəxsə yenidən lazer tətbiq oluna bilər. Bundan əlavə, lazer əməliyyatı olunan insanların yaşa dolduqca katarakt əməliyyatı etdirmələrinə heç bir maneə yoxdur. Gözün orta təbəqəsinə lazer tətbiq edilərkən, gözün ön hissəsinə katarakt əməliyyatı edilir.
Lazer olunan insanın gözlük nömrəsinin geri qayıtması riski varmı?
Lazer müalicəsi olan xəstənin göz nömrələri irəliləmir. Həkimin əməliyyatın müvəffəqiyyəti ilə bağlı bir fikri varsa, əməliyyatdan əvvəl ətraflı müayinə zamanı xəstədə qala biləcək göz nömrəsi haqqında xəstəni məlumatlandırır. Yenidən lazer tələb olunduğu hallarda prosesin təkrarlanmasına heç bir maneə yoxdur.
Ciddi problemlər yarada bilərmi?
Hal-hazırda ən son texnologiyaların istifadəsində qorxacaq bir şey yoxdur. Çünki heç bir iynədən istifadə edilmir və tikiş atılmır. Ümumi anesteziya verilmir. Yalnız göz damcılarının anesteziya prosesi baş tutur və prosedur çox qısa müddətdə tamamlanır.
Ən böyük qorxulardan biri də “gələcəkdə katarakt kimi problemim olsa, müalicə oluna bilərəmmi?” sualıdır. Lazer heç bir göz xəstəliyinə səbəb olmur və gələcəkdə baş verə biləcək xəstəliyin müalicəsinə təsir etmir. Gözün tanınmasının müasir sistemi “qüzehli qişa qeydiyyatı” sistemi xətaların qarşısını alır. Göz hərəkətlərini 3 ölçüdə izləyən “eye-tracker” kilidləmə sistemi ilə müalicə həssas və təhlükəsiz şəkildə həyata keçirilir.
Lazer əməliyyatının düzəldə bilmədiyi çox yüksək göz dərəcələri müalicə edilir. ICL göz daxili linzaları 18-50 yaş arası miyopiyası, hipermetropiyası və astiqmatizmi olan bütün şəxslərə tətbiq oluna bilər.
50 yaşdan yuxarı xəstələrdə isə yaşla bağlı yaxın görmə problemləri yarana biləcəyi üçün başqa linzalar tövsiyə olunur.
Üstünlükləri nələrdir?
* Lazer əməliyyatında buynuz qişa toxuması qaşınılır. İCL (Implantable Contact Lens) müalicəsində xəstənin öz bülluru göz daxili linzaları ilə buynuz qişaya zərər vermədən əvəz olunaraq miyopiya, hipermetropiya və astiqmatizm müalicə olunur.
* Buynuz qişa toxuması götürülmədiyi üçün görmə keyfiyyətinin daha yaxşı olduğunu söyləmək mümkündür.
* Ən əhəmiyyətli üstünlüyü geri dönüşlü bir üsul olmasıdır. Lazım gələrsə, göz daxili linzalar çıxarıla və başqa bir linza ilə əvəz edilə bilər.
Əməliyyat nə qədər müddətdə aparılır?
Bu əməliyyatlar damcı anesteziyası və ya ümumi anesteziya ilə edilə bilər. Burada xəstənin istəyi də önəmlidir. Gözə 2-2,5 mm kəsiklə linza yeridilir. Əməliyyat 5-6 dəqiqə çəkir.
Əməliyyatdan sonra gözdaxili təzyiqə nəzarət etmək üçün xəstə bir neçə saat müşahidə altında saxlanılır. Daha sonra evə buraxılır. Ağrı və tikiş olmadığı üçün xəstə ertəsi gün normal həyatına qayıdır. Katarakt əməliyyatında olduğu kimi damcılar təyin edilir. 30 günün sonunda xəstə yoxlanışa çağırılır.