“Enar Taxi” qlobal şirkətlərə rəqib olacaq yerli səyahət tətbiqetməsini yayıma alıb. Xarici və yerli mütəxəssislərin iştirakı ilə ərsəyə gətirilən tətbiqetmənin bu günlərdə istifadəyə verilməsi yerli bazarın inkişafı üçün ciddi addımlardan biri kimi dəyərləndirilir.
Yeni texnologiyaların gündəlik həyatımızı hər yönü ilə dəyişdirdiyi zamanda innovasiya və trendlərə ayaq uyduran şirkətlər də öz unikal həllərini müştərilərinə təqdim edirlər. Bu şirkətlərdən biri olan “Enar Taxi” Bakıda yaşayan sakinlər üçün taksi xidmətini, öz devizləri ilə desək, “Bir klik qədər sadə” etməyə kökləyib.
Hazırda “App Store” və “Play Store” mağazalarında yerləşdirilən tətbiqetməni istifadə etdikdə, digər rəqiblərinə nisbətən daha geniş funksionallığa sahib olduğunu görürük. Bu göstərici şirkətlər arasındakı rəqabətin müştərilər üçün müsbət nəticəsi kimi qiymətləndirilə bilər.
“Enar Taxi”nin təklif etdiyi eyni anda limitsiz taksi sifarişi, sifariş edəcəyiniz avtomobilin taksi nişanı daşıyıb-daşımaması kimi yeniliklərlə yerli istifadəçilərə geniş seçim imkanı verir. Qlobal şirkətlərin əksinə olaraq, yerli bazarı və istifadəçiləri dəqiqliklə analiz edən şirkətin təqdim etdiyi həllər öz sferasında ilkdir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə bank kartları ilə ödəniş zamanı istifadəçilərdən alınan 18 faiz ƏDV, yerli şirkət olduğu üçün “Enar Taxi” istifadəçilərinə şamil olunmur.
Yeni istifadəçilər üçün ilk şəhərdaxili gedişlərdə 50 faizlik güzəşt vəd edən tətbiqetmə, bazara yeni daxil olmasına baxmayaraq, artıq sürücülər və istifadəçilər tərəfindən maraqla qarşılanıb. Siz də şəhərin istənilən istiqamətinə rahatlıqla səyahət etmək üçün tətbiqetməni “Play Store” və “App Store” mağazalarından endirə bilərsiniz.
Sonda onu da qeyd edək ki, qiymətlərin ucuzluğu və fiks olması, kartla və kartsız ödənişlərin qəbulu, tətbiqetmənin sadə və funksional olması kimi xüsusiyyətlər hər yaşdan olan istifadəçilər üçün “Enar Taxi”ni daha cazibədar hala gətirir.
Oxu.Az oxucuları tətbiqetməni endirdikdən sonra “BizeGelOxuaz” promo kodundan yararlanaraq, istədikləri zaman 50 faizlik endirimdən istifadə edə bilərlər.
:640.jpg)