“Umico” fəaliyyətini davam etdirir.
Son günlər mətbuatda “Umico” brendinin fəaliyyətini dayandırılmasına dair xəbərlər yayılıb. “PAŞA Holding”dən daxil olan rəsmi bəyanata əsasən, bu məlumatlar həqiqəti əks etdirmir.
Belə ki, həqiqətən də “Competo” MMC ilə paralel olaraq “UMİCO” MMC və “UMİCO OVERSEAS” MMC adlı iki məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Hazırda bu MMC-lərin heç bir fəaliyyətlərinin olmadığı üçün onların bağlanması qərarı verilmişdir.
“Sözügedən MMC şirkətlərinin “Competo”nun məhsulu olan “Umico” ilə heç bir əlaqəsi yoxdur. Həm “Competo” şirkəti, həm də onun “Umico” məhsulu fəaliyyətini davam etdirir”, - “PAŞA Holding”in mətbuat katibliyi bildirib.
Qeyd edək ki, “Umico” brendinin əmtəə nişanı “Competo” MMC-yə məxsusdur.