Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Unicapital" investisiya sahəsində ilkə imza atdı
Ötən həftə "Unicapital" İnvestisiya Şirkətinin hazırladığı sosial məsuliyyətli çarx gündəmin əsas mövzularından birinə çevrilib.
Çarxın əsas ideyası, ölkəmizdəki investisiya sahəsində yaşanan problemlərə ilk dəfə emosional yanaşılaraq, əhalini edilən hər bir investisiyanın məsuliyyətini anlamaq, aldadıcı investisiya vədlərinə inanmamağa çağırmaqdır.
Videoda investisiya etmək, atanın övladını böyütməsi və bu zaman ərzində bütün uğurlarda sevinib, məğlubiyyətlərdə məyus olmaması, sonda gələcək uğura inanmasının analogiyası kimi öz əksini tapıb.

Hazırda süni intellekt və texnologiyanın inkişafı, paralelində investorların aldanması halının artmasına gətirib çıxarıb.
Çarxı əhalinin bu hallara qarşı məlumatlandırılması istiqamətində atılan ilk və uğurlu addım kimi qiymətləndirmək olar.
Nəzərinizə çatdıraq ki, "Unicapital" 17 ildən artıqdır ki, investisiya xidmətləri göstərən lider şirkətlər sırasında qərarlaşıb.
Şirkətin builki prioriteti gənclərin və əhalinin maliyyə və investisiya sahəsində maarifləndirilməsi üzrə innovativ layihələrə imza atmaqdır.
Xatırladaq ki, "Unicapital.İ.Ş" ASC-nin nizamnamə kapitalı 100%-lik "Unibank"KB ASC-ə məxsusdur.