“Düzgün hesab” şüarı ilə 16 mart 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvə Toplantısı keçirilib.
“Facemark” MMC və ”Good Finance” MMC-nin təşkilatçılığı, ”Meqa Sığorta” ASC, ”Meqa Həyat” ASC, ”Unibank” ASC-nin bank sponsorluğu, ”ERPGO” şirkətinin sponsorluğu və ”Başkent” restoranlar şəbəkəsinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə toplantısı uğurla yekunlaşıb.
3 moderator və 14 spiker “ Düzgün Hesab” şüarı ilə “Maliyyə hesabları və uçot”, “Vergi Məcəlləsi - 2024”, “Vergi riskləri” panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə ediblər.
“Good Finance” şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Maliyyə hesabları və uçot” panelində Auditor Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov, “Azercell Telekom” MMC-nin maliyyə departamentinin eksperti Elvin Abdullayev, Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə aparıcı məsləhətçi Faiq Abdullayev, “The Way Partners” şirkətinin direktoru Kamal Hüseynzadə, Neftçi PFK-nın maliyyə direktoru Namiq Əlizadə, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev və “Unibank” ASC-nin filial rəhbəri Turan Xəlilov təcrübələrini bölüşüblər. Bu paneldə maliyyə hesabatlarının hazırlanması və uçotun təşkili ilə bağlı vacib məqamlar ekspertlərin təqdimatında iştirakçılara izah olunub.
Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu “Vergi Məcəlləsi -2024” panelində Dövlət Vergi Xidməti Vergi Siyasəti Baş İdarəsinin Vergi Qanunvericiliyinin Tətbiqi Şöbəsinin Rəisi Eldar Mədətov vergi qanunvericiliyində olunmuş son dəyişikliklər barədə vacib məqamlara toxunaraq iştirakçıların suallarını cavablandırıb.
“Good Finance” MMC-nin vergi konsultantı Teymur Əşrəfin moderator olduğu “Vergi Riskləri” paneli Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev, “Ekvita” MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, “PwC Azərbaycan”nın vergi direktoru Günel Sadiyeva, Dövlət Vergi Xidməti Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov və “KPMG Azərbaycan”nın vergilər üzrə baş meneceri Ülvi Yusifovun spikerliyi ilə baş tutub. Bu paneldə iştirakçıların sahə ilə bağlı sualları Dövlət vergi xidmətinin vəzifəli şəxsləri və müstəqil ekspertlər tərəfindən cavablandırılıb.
Tədbirin sonunda viktorinada iştirak edən iştirakçılara şirkətlər tərəfindən müxtəlif hədiyyələr verilib. Eyni zamanda, bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Vergi və Mühasibatlıq Zirvə Toplantısının keçirilməsində dəstək olan sponsor, dəstəkçi və tərəfdaşlarımıza təşəkkür edirik!
“Facebook”: https://www.facebook.com/vmzbaku
“Instagram”: https://www.instagram.com/vmzbaku/
“Linkedln”: https://www.linkedin.com/company/vmz-baku/
Rəylər