İki ay davam edəcək kampaniyanın ilk ayında artıq 516 CİB istifadəçisi qalib olub.
Visa-nın dəstəyi ilə 1 sentyabrdan etibarən CİB multi-bank bank tətbiqi “Visa ilə ödə, CİBində qazan!” kampaniyasına start verib. Kampaniyanın şərtlərinə görə 1 sentyabr- 31 oktyabr tarixləri aralığında CİB mobil tətbiqində istənilən bankın Visa kartı ilə toplam minimal məbləği 500 AZN olan 5 ödəniş etmiş bütün istifadəçilər kampaniyanın zəmanətli hədiyyəsi olan 1.000 ədəd supermarket kartından birini qazanır. Kampaniyanın sonuna qədər ödəniş edənlərin arasından ən yüksək məbləğdə ödənişi etmiş 5 istifadəçiyə “İphone 13” markalı telefon təqdim ediləcək.
Kampaniya çərçivəsində CİB, Visa kart sahiblərinə zəmanətli hədiyyələrlə yanaşı bir sıra digər üstünlüklər də təqdim edib. Belə ki, CİB-ə Visa kartını əlavə edən bütün istifadəçilər CİB-in loyallıq proqramı olan CİBBON-dan 200 bonus qazanır. Üstünlüklər bununla da bitmir: Kampaniya müddəti boyunca CİB-də istənilən bankın Visa kartı ilə edilən bütün ödənişlər ikiqat bonus qazandıracaq.

Qeyd edək ki, digər günlərdə də CİB-də ödəniş edən CİBlilər bütün ödəniş və köçürmələrinə görə bonuslar qazanır və bu bonusları 100-lərlə dəyərli hədiyyələrə dəyişə bilirlər. CİBBON-dan indiyə qədər hədiyyə əldə etmiş istifadəçilərin sayı 1 000-i ötür.
CİBlilər CİB mobil əlavəsi vasitəsi ilə kredit, kommunal, mobil və digər yüzlərlə ödənişini həyata keçirə, həmçinin ölkədaxili istənilən bankın kartından istənilən bankın kartına pul köçürməsi edə bilərlər. CİB-i aşağıda qeyd edilən keçid vasitəsi ilə yükləyə bilərsiniz: https://cib.az/app
“Visa ilə ödə, CİBində qazan!” kampaniyasının 400 ədəd hələ udulmamış hədiyyə kartı və 5 ədəd “İphone 13” qaliblərini gözləyir. Kampaniyanın son tarixi 31 oktyabrdır. Kampaniya şərtləri ilə tanış olmaq üçün: https://mag.cib.az/visa-kampaniyasi/
“Findynamix” MMC-nin məhsulu olan cib.az ilə +994 12 599 66 82 əlaqə nömrəsi, +994 55 457 82 82 “WhatsApp” xətti və *8282 qaynar xətti vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.