“West Hospital” 18 aprel tarixində Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsinin iştirakı ilə tənha qocalara və aztəminatlı ailələrə Ramazan bayramına özəl olaraq xüsusi sovqat paylayıb.
Gündəlik tələbatı təmin edən ərzaq məhsullarından ibarət sovqat paylamaqla yanaşı, “West Hospital”ın Təcili Tibbi Yardım heyəti səhhətindən şikayəti olan insanları yerində müayinə ediblər.
Mütəmadi olaraq sosial tədbirlər keçirən “West Hospital” xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, cansağlığı və bərəkətli günlər arzu edir!