Ətir - bu sözdə əhval-ruhiyyə, emosiya, hiss, intizar, ümid və tükənməz arzu-istəklər var. Şəxsiyyətin imzası - ətir insanın əhval-ruhiyyəsini ötürür, eyni zamanda, xasiyyəti, temperamenti, həyat tərzi və zövqünü təcəssüm etdirir.
“Widian” ətirləri duyğularımızı və hisslərimizi riqqətə gətirir, möhtəşəmliyi və ecazkarlığı ilə seçilir.
Dəbdəbəli “Widian” ətir evi “AJ Arabia” adı altında 2013-cü ildə Abu-Dabi şəhərində açılıb. Brendin debüt aromatı “AJ Arabia I” olub. Bu ətir “Black” kolleksiyasının əsasını qoyub.
Brendin yaradıcısı, Sarbonna Universitetinin məzunu, mühəndis- kimyaçı və ətriyyatçı Əli Əl Caberinin həyatında dönüş nöqtəsi tanınmış fransız ətriyyatçı Jan Klod Astye ilə keçirdiyi görüş olub.
“Aj Arabia” adlı ilk ətirlərini məhz onunla birlikdə ərsəyə gətirib. Sözügedən brend ən yaxşı klassik və müasir ərəb ətir ənənələri əsasında hazırlanıb. Bu ətir fərqlənməyi sevən və öz köklərinə sadiq qalanlar üçün nəzərdə tutulub.
Əl Caberi ətirlərin “cinslərə” bölünmədiyi dövrlərdə mövcud olmuş ətriyyat ənənələrinə qayıdışını dəstəkləyir. Ona görə də bu brend altında çıxan məhsullar həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub. Ətirin olduqca zəngin və füsunkar xarici görünüşü var: formaları “Şeyx Zeyn” məscidinin memarlıq xüsusiyyətlərini təqlid edir.
2016-cı ildə “AJ Arabia” ətirləri rebrendinq edib və adını “Widian”a dəyişdirib (ərəb dilindən tərcüməsi “qumsal təpələr” anlamına gəlir).
“Widian” brendinin təsisçisi mühəndis-kimyaçı Əli Əl Caberi “Sizin ətriniz ikinci özünüzdür. Bu, sizin əhvalınızı əks etdirir və bütün sirlərinizi ortalığa çıxarır” fikrindən yola çıxaraq, xanımların, eləcə də bəylərin ətir zövqünü yeniləmək üçün yeni kolleksiyasını “Gazelli Cafe”də ictimaiyyətə təqdim edib.
Əli Əl Caberi təqdimata toplaşan qonaqları salamlayıb, ərsəyə gətirdiyi dəbdəbəli və lüks tərzi ilə seçilən “Widian” ətirlərinin özəllikləri və unikallığı haqqında danışıb.
“Şeyx Zeyn” məscidinin möhtəşəmliyi, lüks və gözəllik anlayışını təcəssüm etdirən “Widian” ətirlərinin şüşə dizaynı əsl sənət əsərinə bərabərdir. Qalıcılığı ilə seçilən “Widian” ətirləri müasir ərəb ruhunun və ənənəvi dəyərlərin birləşməsidir. Zərif və incə ətirlər sizi Ərəbistan vasitəsilə inanılmaz bir səyahətə aparacaq. Bu ətirlərin “Black”, “Gold”,“Velvet”,“Saphir” kolleksiyası mövcuddur”.
Təqdimatda hələ də geniş istehsala buraxılmayan nəfis qablaşdırmada “Limited Edition” kolleksiyası nümayiş olunub. Bu kolleksiya qonaqlar arasında böyük maraqla qarşılanıb.
Adətən, ətirləri alanda onların qutuları heç bir işə yaramır. Lakin bunu “Widian” ətirlərinə aid etmək günah olar. Çünki ətirin bahalı, keyfiyyətli və dözümlü materialdan olan qablaşdırması (qutusu), müxtəlif növ aksesuarların qoyulması üçün idealdır.
“Widian” ətirinin qutusunu açarkən sanki sehrli dünyaya gizli bir qapı açıb, inanılmaz macəralar yaşayırsınız. Füsunkar qoxulu “Widian” ətirlərinin sehrinə düşmək üçün yolunuzu “İdeal” brendinə aid mağazalardan salın.