2022-ci ilin III rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan “Xalq Bank” ASC əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib, aktivlərini ilin əvvəli ilə müqayisədə 259.8 milyon manat (11.1%) artıraraq 2 599.2 milyon manata çatdırıb.
Bank 2022-ci ilin III rübünü 19.93 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 5.68 milyon manat (39.9%) daha çoxdur. Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 466.3 milyon manat təşkil edib.
Ötən 9 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 184.8 milyon manat (13.02%) artaraq 1 603.9 milyon manat, depozit portfelinin həcmi isə 235.3 milyon manat (15.25%) artaraq 1 778 55 milyon manat təşkil edib.
“Xalq Bank” aktivlərinin və kredit portfelinin həcminə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı “Xalq Bank”ın rəsmi “Facebook” və “Instagram” səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.