“Xalq Bank” istehlak krediti kampaniyasının şərtlərini yeniləyərək daha əlçatan etdi. Artıq stabil iş yeri olan şəxslər istehlak kreditini kredit müddətindən asılı olmayaraq illik cəmi 12%-lə əldə edə bilərlər. Bundan əlavə, maksimal kredit məbləği də artırılaraq zaminliklə 35 000 manat, təminatsız 20 000 manat olaraq müəyyənləşdi.
Kampaniya şərtlərinə əsasən, müştərilər istehlak kreditini 48 ay müddətinə əldə edərək sərfəli aylıq ödənişlə rahatlıqla ödəyə bilərlər. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.
31 dekabr 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər “Xalq Bank”ın istənilən filialına, cari “Xalq Bank” müştəriləri isə həm də “XalqOnline” tətbiqi üzərindən müraciət edə bilərlər.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı “Xalq Bank”ın rəsmi “Facebook” və “Instagram” səhifələrindən, eləcə də www.xalqbank.az saytından və “138” Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Rəylər