Yeni ilə beş gün qalıb, bu isə o deməkdir ki, yaxınlarınız və əzizləriniz üçün hədiyyələr haqqında düşünməyin əsl vaxtıdır.
Yeni il bayramı ecazkar möcüzələr, dadlı şirniyyatlar və çoxdan gözlənilən hədiyyələrlə assosiasiya olunur. Bu gün hər kəs özünə “Yeni ilə nə hədiyyə alım?” sualını verir, lakin çətin ki düşüncələrinizdə mümkün hədiyyələrin standart və qeyri-şablon variantlarını götür-qoy edərkən, siz ilk baxışdan Yeni il üçün heç də aşkar olmayan hədiyyəni xatırlayacaqsınız. Söhbət bu gün kompütersiz təsəvvür edə bilməcəyimiz insanın həyatında əhəmiyyətli rol oynayan kompüter siçanından gedir.
Siçanın vasitəsilə biz asanlıqla işlə bağlı istənilən məsələləri həll edə və ya sevimli yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərik – onun istifadəsinin müsbət cəhətləri çoxdur, məsələn, əgər o, rahat və müasirdirsə, deməli fəaliyyətin effektivliyi də müvafiq olacaq.
Beləliklə, “Logitech” brendinin “MX Anywhere 3” siçanı nümunəsində simsiz siçanın Yeni il üçün əla hədiyyə olmasının 6 əsas sübutu:
İSTİFADƏ RAHATLIĞI
“MX Anywhere 3" praktiki olaraq istənilən səth, o cümlədən şüşə üzərində də çalışır. Qurğu ilə ofis masası, kafe masası və hətta divanda işləmək rahat və asandır. Bu qurğunun simsiz rabitə fəaliyyətinin diapazonu 10 metr təşkil edir.
KOMFORT
Siçan ovucun cizgilərini təkrarlayan kompakt yastı konstruksiyaya malikdir. Bu da hara getməyinizdən asılı olmayaraq onunla uzun müddət rahat işləməyə zəmin yaradır.

“MAGSPEED” ELEKTROMAQNİT TƏKƏRCİYİ
Mexaniki emal olunmuş poladdan hazırlanan “MagSpeed” praktiki olaraq səssiz çalışaraq və xoş taktil hissiyyatı yaradaraq kursorun hərəkətini pikselə qədər idarə etməyə və saniyəyə 1000 sətir fırlatmağa imkan verir, həmçinin tamamilə səssiz işləyərək hiss olunacaq ətaləti təmin edir.
YIĞCAMLIQ
“MX Anywhere 3”ün korpusu onu zərbə və düşmələrdən əla qoruyur – siçan tez-tez daşınmalar və səfərlər zamanı uzunmüddətli istifadədən sonra asan təmizlənmə üçün işlənib hazırlanıb.
AVTONOMLUQ
Tam şarj olunmuş batareya ilə qurğu 70 günə qədər işləyə bilər, bir dəqiqəlik sürətli şarj isə 3 saat iş üçün kifayətdir. Qeyd edək ki, şarj üçün komplektə daxil olan USB-C kabeli istifadə edilir.
FƏRDİ TƏNZİMLƏMƏLƏR
“MX Anywhere 3” siçanının istənilən parametrlərini bütün istifadə olunan əlavələrdə tənzimləmək mümkündür – fərdi tənzimləmələr qarşıya qoyulan məsələləri daha tez həll etməyə yardım göstərərək, fəaliyyəti daha effektiv və səmərəli edəcək.
“MX Anywhere 3” Windows® əməliyyat sistemi, macOS, iPadOS, ChromeOS™ və “Linux” tərəfindən idarə olunan qurğularla çalışır; həmçinin satışda “Mac Apple” üçün uyğunlaşdırılmış xüsusi versiya mövcuddur.

KOMFORT, ERQONOMİK, İNTUİTİV
“Logitech” brendinin “Master” silsiləsinə daxil olan “MX Anywhere 3” siçanını məhz belə səciyyələndirmək olar. Eleqant dizayn 3 rəngdə təqdim edilib – açıq boz, qrafit və açıq çəhrayı. Onun vasitəsilə siz effektiv şəkildə yaradıcılıqla məşğul ola, kontent qura və praktiki məsələləri həll edə biləcəksiniz.
Azərbaycanda “MX Anywhere 3” kompüter siçanını “Logitech” rəsmi tərəfdaşlarından əldə etmək mümkündür – Kontakt Home, ISpace, Baku Electronics və Maxi.
