Qlobal elektrotexnika və texnologiya nəhənginin bu yaxınlarda təqdim etdiyi yeni məhsul xətti əsl səs-küyə səbəb oldu. Yeni “Galaxy S22” və “Galaxy S22+” smartfonları dərhal diqqəti özlərinə cəlb edərək, müsbət rəylər eldə etdi. Gəlin bu flaqmanların xüsusiyyətlərini yaxından incələyək və seçiminizin niyə məhz bu smartfonlar olması səbəblərinə nəzər salaq.
1) Burada ilk növbədə əla displeyi qeyd etmək lazımdır. Uzun illərdir ki, “Samsung”, cihazlarında istifadə etdiyi bütün displey texnologiyalarını özü istehsal edərək, uğur qazanır və bu sahədə onun bazarda birbaşa rəqibi, demək olar ki, yoxdur. Vizual olaraq, “Samsung Galaxy S22” və “Galaxy S22+” ekran ölçüsü ilə fərqlənir. “Galaxy S22” Dinamik AMOLED 2X 6,1” FHD+, təsvir ölçüsü 2400×1080, piksel sıxlığı 425 ppi olan ekrana malikdir, “Galaxy S22+” isə 2340×1080 təsvir ölçüsü və 393 ppi sıxlığı ilə 6,6” eyni tip ekranla təchiz olunub.
Sözügedən bu displey LTPO texnologiyası ilə hazırlanıb və 120Hz-ə qədər yenilənmə tezliyini dəstəkləyir. Həmçinin, smartfonların displeyi “Vision Booster” (parlaq gün və ya gecə işığı üçün təzadlılığın tənzimlənməsi) və “Eye Comfort Shield” (zərərli mavi işığa nəzarət) funksiyalarını dəstəkləyir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Galaxy S22+” yüksək parlaqlıq ehtiyatına malik olub, pik nöqtəsində 1750 nit göstəricisini ifadə edir. Bu bacarığın sayəsində bu ekranda hətta ən parlaq günəş işığında belə, hər detalı aydın şəkildə görə bilərsiniz.
2) İkinci səbəb, əlbəttə ki, kameralardır. Smartfonlar peşəkar dərəcəli üç kamera ilə təchiz olunub ki, bu da ən əlverişsiz şəraitlərdə belə, gözəl şəkillər çəkməyə imkan yaradır. Kamera blokuna aşağıdakılar daxildir:
• Süni zəka sayəsində gecələr fantastik fotolar çəkən 50 MP genişbucaqlı kamera.
• 120° baxış bucağı olan 12 MP ultrageniş kamera.
• 3x optik böyütmə və təsvir sabitləşdirməsi ilə telefoto obyektiv (10 MP).
Smartfon həm də xüsusi rejimlər sayəsində sizə özünüzü peşəkar fotoqraf kimi hiss etmək imkanı yaradır. Buna misal olaraq, “Nightography” rejimini qeyd etmək olar ki, proqram təminatı və optik sabitləşməni özündə birləşdirən bu rejim, hətta zəif işıqlandırma şəraitində belə, yüksək keyfiyyətli foto və videolar yaratmaq imkanını təqdim edir. Üstəlik, “Super Night Solution”un köməyi ilə günün qaranlıq vaxtında videoçəkiliş etdiyiniz zaman aydın detallı məzmun yarada bilərsiniz.
Ön kamera burada 10 MP təsvir ölçüsünə malikdir, əla selfilər çəkməyə imkan yaradır və mükəmməl fotoşəkillər əldə etmək üçün bir çox rejimi dəstəkləyir.

3) Güclü içlik - cihazlar “Exynos 2200” üzərindən işləyir. Bu, 4 nm texniki standarta uyğun hazırlanmış səkkiznüvəli prosessordur. İstehsalçı qeyd edir ki, bu innovativ çip “Galaxy” seriyasında təmsil olunmuş ən sürətli prosessordur. Ən əsası, sözügedən bu çipset yeni effektiv qrafen istilik paylayıcısı ilə qızmalara daha davamlıdır. AMD ilə birgə hazırlanmış “Xclipse 920” sürətləndiricisi isə burada qrafika üçün cavabdehdir. Quraşdırılmış yaddaş - 8 GB RAM, daxili yaddaş isə 128 və ya 256 GB təşkil edir.
4) Böyük tutumlu batareya və sürətli yükləmə. “Galaxy S22” seriyasının supergüclü və ağıllı batareyası sizin tələb və maraqlarınıza uyğunlaşır. O, ən çox ehtiyac duyduğunuz anda enerjiyə qənaət edir və batareyanın ömrünü uzadır. Qeyd edək ki, smartfonların həm də batareya tutumu fərqlidir. “Samsung Galaxy S22+” 4500 mAh, “Samsung Galaxy S22” isə 3700 mAh batareyaya malikdir.
Xatırladaq ki, “Samsung Galaxy S22” smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. “Galaxy S22” məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı “Samsung”-un rəsmi internet saytından, həmçinin “Baku Electronics”, “Irshad”, “Kontakt Home”, “Maxi.az”, “Soliton”, “World Telecom” və “Optimal” mağazalar şəbəkəsində əldə bilərsiniz.