Maliyyə və texnologiya sözlərinin birləşməsindən yaranan və “Financial Technologies”in qısaltması olan “FinTech” son illərin ən trend terminlərindən biridir. “Fintech” texnologiyasını ən çox istifadə edən layihələr isə Neobanklardır.
Neobanklar, standart bank xidmətlərini rəqəmsal formatda təklif edən “fintech” şirkətlərdir. Adi banklardan fərqli olaraq, neobankların fiziki filialları yoxdur və bank lisenziyası olmadan da fəaliyyət göstərə bilirlər. Neobanklar müştərilərinə yalnız mobil tətbiqetmələrdən və onlayn platformalardan istifadə edərək xidmət göstərən yeni nəsil banklardır.
Yerli rəqəmsal ödəniş platforması olan “Payonix” də bu xidmətlərdən biridir. “Payonix”in istifadəsi çox asandır. Onu digər ödəniş platformalarından fərqli edən bir çox xüsusiyyət var.
Anında keşbek – Bu funksiya ilə siz tətbiqin partnyoru olan müxtəlif alış-veriş və əyləncə mərkəzləri, restoranlar, sağlamlıq mərkəzi və s. kimi yerlərdə tətbiqdən istifadə edərək ödəniş etsəniz, müxtəlif keşbeklər əldə edirsiniz.
Endirimli kuponlar – Sizə endirim kuponu lazımdır? “Payonix”də istədiyiniz yerdən, istədiyiniz qədər kupon əldə etmək mümkündür. Endirim kuponlarıyla yanaşı “Payonix” tətbiqdə müxtəlif hədiyyə kuponları da yerləşdirir.
P2P pul köçürmələri – Bu funksiyanın ən yaxşı tərəfi odur ki, siz dostunuza tətbiq üzərindən sadəcə mobil nömrəsini qeyd etməklə istədiyiniz məbləği 0 % komissiya ilə göndərə və ya qəbul edə bilərsiniz.
Onlayn ödənişlər – Siz olduğunuz yerdən bütün kommunal, mobil, internet və s. ödənişlərinizi həyata keçirə, üstəlik bu ödənişlərdən keşbek qazana bilirsiniz.
Xərclərin analitikası – “Payonix” ilə xərclədiyiniz və qazandığınız bütün pulları detallı cədvəl ilə izləmək mümkündür.
İstifadəçilərə bu və bu kimi bir çox funksiyanı təqdim edən “Payonix” qısa müddətdə 2000-dən çox partnyor ilə bir çoxunun sevimli tətbiqinə çevrilib.
Siz də “Payonix” haqqında əlavə məlumat əldə etmək istəyirsinizsə, onları “Instagram” və “Facebook” səhifəsindən izləyə bilərsiniz.