Bütün inkişaf etmiş ölkələrdə uzunmüddətli tikinti sahəsində həm ekoloji, həm də təhlükləsizlik baxımından qazbetondan istifadə edilsə də, Azərbaycan tikinti sektorunda çox az miqdarda bu məhsulun istifadəsinə yer verilib. Bu təbii ki, sözügedən ölkələrin uzun illərdir olan təcrübəsinin və uğurlu sınaqlarının nəticəsidir.
Bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələ fəlakəti tikintidə istifadə edilən materialların bir daha keyfiyyətli və dayanıqlı olması məsələsini gündəmə gətirmiş oldu. Bildiyiniz kimi, bina inşasında tikilinin dayanaqlığı əsasən daşıyıcı beton kalonların üzərinə düşür. Bildirmək istərdik ki, qazbetonun yekun tətbiqindən sonra binanın əsas konstruksiyasına düşən yükün həcmi daha yüngül və az olur ki, bu da standartın tələbinə uyğun olaraq dayanıqlı və daha etibarlıdır. Qazbetonun tətbiqi tikilinin ömrünü uzatmaqla daha təhlükəsiz, etibarlı olmasına və təməl betona düşən gərginliyin azalmasına gətirib çıxarır. Qeyd etdiyimiz bu əsas üstünlüklə yanaşı qazbetonun digər müsbət tərəflərini də ayrıca bildirmək istərdik:
1. Məhsulun istehsalı Alman texnologiyası əsasında aparılır.
2. Hər bir məhsulun QOST 31360-2007 standart tələblərinə uyğun laboratoriya sınaqları mövcuddur.
3. Mövsümi termal xüsusiyyətlərə malik olmaqla istilik və sərinlik izolyasiyası mövcuddur.
4. Yanğına davamlıdır.
5. Ekoloji təmizdir və radiasiya daşımama xüsusiyyətinə malikdir.
6. Enerjiyə qənaət edir.
7. Səs izolyasiyası yüksəkdir.
8. Tikinti vaxtına qənaət edilir.
Nəzərə alsaq ki, bu texnologiyanın düzgün tətbiqi Azərbaycan inşaat sahəsində çox da əhəmiyyətli şəkildə yayılmayıb. Biz “AAC” MMC şirkəti olaraq qeyd olunan məsələlərə də həll yolu kimi, təklif etdiyimiz məhsulun sahədə tətbiqini öz üzərimizə götürməklə həm ustalara lazım olan təlimlərin verilməsini, həm də birbaşa əvvəldən sona kimi qazbeton tikintisini özümüz etmək imkanlarımız mövcuddur.