Dəb dünyasında keçmişə doğru yönləndirmə davam edir.
Bu mövsüm trendlər vintaj stilin modern versiyası ilə qarşımıza çıxır.
Son zamanların ən çox gözoxşayan trendi isə “Dadcore” adlanır.
“American Old School” tərzinin müasirləşdirilmiş versiyası xüsusilə 80-ci, 90-cı illərin əvvəllərini xatırladır.
Oxu.Az məşhur geyim brendlərinin kolleksiyasında öz yerini tutan bu tərzlə sizi daha yaxından tanış edir:
“Dadcore” köhnə vərdişlərinən əl çəkməyən, müasir görünüb ancaq içində 80-ci, 90-cı illərin ruhunu daşıyan mənasını verir.
“Dadcore” dəb trendindən ilk öncə yaşam tərzi kimi mənimsənilib.
Geyimlərdə istifadə edilən parçalar unikal rənglərlə və qeyri-adi tərzlə təqdim olunur.
Bunların sırasında uzunboğaz və topuqdan olan qısa şalvarlar, nazik gödəkçələr, köhnəlmiş görüntüdə olan pencəklər və mənsub olduğu markanın imzasını daşıyan kepkalar var.
Yeniliyi sevən və daim mövsümi trendlərdən istifadə edənlər uzunboğaz və ya köhnəlmiş stildə olan şalvarlarla yaz gödəkçələrini və rəngli tişörtləri kombin edə bilərlər.
Bel çantaları üçün də rəngli və dəri modellər bu mövsüm diqqət çəkir.
Bu mövsüm kostyumlar da qarşımıza bir-birindən iddialı və rəngarəng çalarlarla çıxır. Pastel çalarların hakim olacağı kostyumları idman stili müşayiət edəcək. Rəngli kostyumlarda bu mövsüm dar kəsimi enli kəsimlər əvəz edəcək.
Rəngli geyinməyin isə bəzi qanunları var. Məsələn; Seçimlərinizdə daha sadə aksessuarlara, gözəçarpamayan əşyalara yer verin. Sadə gün eynəyi və bir rəngdən ibarət çantaların yanında isə idman və ya “casual” stildə olan ayaqqabılardan istifadə edə bilərsiniz.
Pərviz Hüseyn
www.oxu.az