Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Keşlə bazarı"nın köçürüləcəyi yer məlum oldu
"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzində söküntü işlərinin başlanmasına sayılı günlər qalıb.
Fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.
Bəs illərdir fəaliyyət göstərən "Keşlə bazarı"nın yeni ünvanı hara olacaq?
"Dərnəgüldə yerləşən "Eurohome" tikinti malları bazarında yer ayrılıb. Hazırda orada bizim bazarın tikintisi gedir. Bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Bu boyda bazar oraya necə yerləşəcək?!" - satıcı Baku TV-yə açıqlamasında bildirib.
Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi "Yeni Keşlə bazarı" adlandırılacaq.
Ətraflı süjetdə:

"Keşlə bazarı" teqi üzrə xəbərlər
- Bakıda daha bir "Keşlə" bazarı var - Bəzi satıcılar niyə yeni ünvana getmir?
- Paytaxtın məşhur bazarında söküntü işlərinə BAŞLANILDI
- Yeni ünvana köçən "Keşlə" bazarında nələr var?
- "Keşlə bazarı"ndan köç edən satıcılar NARAZIDIRLAR
- Təzə məkan, köhnə qiymət? - Yeni "Keşlə bazarı" əvvəlkindən nə ilə fərqlənəcək?