Amerikanın Miçiqan şəhərində 12 oğlu olan cütlüyün 13-cü oğlu dünyaya gəlib. Cey və Kateri Şvandt bildiriblər ki, onlar adətlərinə sadiq qalaraq qabaqcadan körpənin cinsini öyrənməyiblər.
Oxu.Az xəbər verir ki, 40 yaşlı Şvandt bildirib ki, onun həyat yoldaşı körpəni gözlənilən vaxtdan sonra dünyaya gətirib.
“Bu, oğlandır! İndi biz ad seçməliyik”, - amerikalı Facebook səhifəsində yazıb.
Onun həyat yoldaşı öz növbəsində deyib ki, böyük ailədə ciddi həyat təcrübəsi var, belə ki, onun valideynlərinin 14 uşağı var.