Şengen anlaşmasına üzv-ölkələr yaxın illərdə sərhəddə 15 günə qədər qısamüddətli viza verməyi planlaşdırırlar.
Oxu.Az İnterfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Rusiyadakı nümayəndəliyinin mətbuat katibi Soren Liborius məlumat verib.
“Yaxın illərdə yeni turne-viza kateqoriyasının yaranacağına ümid edirik. Şengen anlaşmasına üzv-ölkələr sərhəddə 15 günə qədər qısamüddətli viza verməyi planlaşdırırlar. Viza informasiya sistemində “mütəmadi səyahətçi” kimi qeydiyyatdan keçən şəxslər uzunmüddətli - üç və beşillik vizalar alacaqlar”, - məlumatda deyilir.