Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
16 yaşlı yeniyetmə tüfəng və bıçaqla üç saatda səkkiz nəfəri yaraladı: Ankarada dəhşət - FOTO
Türkiyə 16 yaşlı yeniyetmə dəhşət yaşadıb. Belə ki, Arda A. adlı şübhəli 3 saat 15 dəqiqə ərzində həm ov tüfəngi, həm də bıçaqla ümumilikdə səkkiz nəfəri xəstəxanalıq edib.
Qorxunc hadisə Ankarada yaşanıb.
Məlumata görə, hər şey Arda A.-nın dostları ilə getdiyi taksidə cinayət planları barədə danışarkən sürücünün bundan xəbər tutub, ratsiya ilə dostlarına xəbər verməsi ilə başlayıb.
Taksi dayanacağının sahibi Murat Çamlıklı baş verənləri belə xatırlayıb:
“Əvvəl taksiyə iki nəfər minib, yolda bunlara daha iki nəfər də qoşulub. Onlardan biri bıçaq çıxarıb və “Bunu qəsb edək, yoxsa o birini?” - deyə soruşub. Sürücü özünü təhlükəsizlikdə hiss etdiyi yerdə dərhal ratsiya ilə xəbər verib və çətin vəziyyətdə olduğunu bildirib. Bunu eşidən müştərilər, taksidən düşüb qaçıblar. Gedəndə də - “asacağıq, vuracağıq, kəsəcəyik”, - deyə hədələyiblər. Onlardan biri iki saat sonra dayanacağa gəlib atəş açıb. Buradan çıxandan sonra daha dörd nəfəri yaralayıb”.
Operativ həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Arda A. saxlanılıb. Məlum olub ki, o, hələ dayanacağa getməmiş yolda daha bir nəfəri bıçaqlayıb.
Arda A. taksi sürücüsünün onu vurduğu üçün dayanacağa hücum etdiyini, digərlərini isə şəxsi ədavəti zəminində güllələdiyini deyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə: Haber Global
Rəylər