Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
44 azərbaycanlı qadına cəhənnəm əzabı yaşadılan "Aljir"
Baku TV Qazaxıstanın "Aljir" muzeyindən reportaj hazırlayıb.
Bura əvvəllər siyasi repressiya qurbanlarının düşərgəsi olub və 44 azərbaycanlı qadın da bu düşərgəyə sürgün edilib.
Düşərgədə vətən xaini adlandırılanların həyat yoldaşları, anaları, bacıları və qızları saxlanılırdı. "Aljir" muzeyinin mütəxəssisi Yelena Samorokovanın sözlərinə görə, düşərgə 1938-ci ildən 1953-cü ilə qədər mövcud olub:
"Aljir" vətən xainlərinin düşərgəsi idi. Düşərgə özünəməxsus idi, çünki burada yalnız qadınlar cəza çəkirdilər. 15 il mövcud olan düşərgə 1953-cü ildə İosif Stalinin ölümündən sonra bağlanıb və orada olan bütün qadınlar azadlığa buraxılıblar. 15 il ərzində düşərgədə 62 millətdən təxminən 20 min qadın cəza çəkib. Yəni o vaxt SSRİ-nin hər yerindən Qazaxıstana qadınlar göndərilirdi, o cümlədən, onların arasında 44 nəfər azərbaycanlı qadın da var idi".
O qeyd edib ki, düşərgəyə qadınların ilk dəstəsi 1938-ci ilin yanvarın 6-da mənfi 40 dərəcə şaxtada, sərt bir gündə gətirilib:
"İlk dəstədə 70 qadın olub, onlardan 30-u əllərində südəmər, körpə uşaqlarla düşərgəyə gətirilib. Düşərgədə qadınlar ağır işlərdə işləyirdilər. Bütün düşərgə ərazisi tikanlı məftillə hasarlanmışdı. Buradan kənara çıxmaq qadağan idi. 15 il ərzində heç bir qaçış cəhdi olmayıb. Qadınlar düşünürdülər ki, qaçmaq onların günahını təsdiq edərdi. Buna görə də, vicdanla işləməyə və öz vəzifələrini keyfiyyətlə yerinə yetirməyə çalışırdılar".
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Göygöldə əsrlərdir yaşadılan sənət: Usta işin sirlərini açdı
- Ekspert delimitasiya prosesinə mane olan səbəbləri AÇIQLADI
- Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
- Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ
Rəylər