Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
800 rusiyalı hərbçi zərərsizləşdirilib: Ukraynada bitirici hücum hazırlığı - VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Xarkov, Donetsk, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətləri dron hücumuna məruz qalıb.
“Onların çoxunun qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da, dağıntılar da olub”, - deyə jurnalist qeyd edib. Məlumatda o da bildirilib ki, Ukrayna ordusu Donetsk vilayətinin müdafiəsində çətinlik çəkir. “Avdiyevka şəhərində 10 aydan çoxdur şiddətli döyüşlər gedir. Hər iki tərəfdən xeyli itkilər var. Təkcə ötən gecə 800 rusiyalı hərbçinin zərərsizləşdirildiyi bildirilir. Ukrayna ordusunun itkiləri isə hələ ki açıqlanmayıb”, – deyə Mübariz Aslanov əlavə edib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
- Ukrayna mətbuatı Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb
- Rusiya Donetskin yaşayış məntəqəsini nəzarətə götürdü
- İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
- Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"
Rəylər